Əli İnsanov 3 gün karsa salınıb: Sabiq nazirə sərt cəza

img

10-08-2015 [22:35]


Keçmiş səhiyyə naziri Əli İnsanov Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında karsa salınıb.

Mia.az-ın "Azadlıq” qəzetinə istinadən verdiyi məlumatına görə, Əli İnsanov xarici banklardakı qonorarlarının müsadirəsinə dair məhkəmə qərarından verdiyi apelyasiya şikayəti ilə əlaqədar avqustun 1-də Bakı İstintaq Təcridxanasına aparılıb və dərhal karsa salınıb. Keçmiş nazir 3 gün karsda saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi Əli İnsanovun xarici banklardakı qonorarlarının müsadirəsinə dair iyunun 18-də qərar çıxarıb. Əli İnsanov bununla bağlı Bakı Apelyasiya Məhkəməsinə şikayət edib. Keçmiş nazir Apelyasiya Məhkəməsində şüşə qəfəsə salınaraq danışmasına imkan verilmədiyini əsas gətirərək prosesdə iştirakdan imtina edib. Buna baxmayaraq avqustun 1-də onu məcburən 13 saylı cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına aparıblar.

Əli İnsanovun apelyasiya şikayətinə hakim Əflatun Qasımovun sədrliyi ilə baxılacaq. Məhkəmə artıq avqustun 6-da işə Əli İnsanovun iştirakı olmadan baxılmağa dair qərar çıxarıb. İşə isə avqustun 14-də baxılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA