"Heç şübhəsiz burada əsas səbəb qısqanclıqdır..." - Fəttah Heydərov

img

04-08-2015 [17:14]


"Azərbaycanın beynəlxalq aləmdə gücü və rolu artdıqca, ölkəmizə qarşı təzyiqlər də artır. Heç şübhəsiz burada əsas səbəb qısqanclıqdır və bəzi xarici dairələr Azərbaycanın uğurlarını həzm edə bilmirlər”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov söyləyib.

Onun sözlərinə görə, birinci Avropa Oyunlarından sonra ölkəmizə yönəlik təzyiqlərin artması təsadüfi deyil:

"Azərbaycan birinci Avropa Oyunlarını o qədər yüksək səviyyədə təşkil etdi ki, Avropanın özü yaxşı mənada buna mat qaldı. Çox qısa müddətə oyunlara yüksək səviyyədə hazırlıq, avropalı idmançıların yarışlara marağı ölkəmizə qarşı dayanan qüvvələri məyus etdi. Onlar ölkəmizin növbəti uğurunu həzm etmədilər. Erməni lobbisinin sifarişi ilə fəaliyyət göstərən bəlli beynəlxalq təşkilatların dövlətimiz əleyhinə hesabat və bəyanatları məhz bundan qaynaqlanır. Aparıcı Avropa dövlətlərinin iqtisadi böhranla çabaladığı bir dövrdə Azərbaycanın ardıcıl nailiyyətləri məkrli qüvvələri ciddi şəkildə narahat etməyə başladı. Lakin onlar bir həqiqəti unudurlar ki, kimin nə deməsindən və hansı arzuda olmasından asılı olmayaraq, Azərbaycan uğurlu inkişaf strategiyasını davam etdirəcək və heç bir qüvvə ölkəmizin əldə etdiyi uğurlara kölgə sala bilməyəcək”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA