"Çox ağır faciədir..." - Umud Rəhimoğlu jurnalistin öldürülməsindən danışdı

img

10-08-2015 [16:21]


Xəbər verdiyimiz kimi, jurnalist Rasim Əliyev avqustun 8-i bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə yerləşdirildiyi Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Beynəlxalq Mətbuat İnstitutu Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu məsələ ilə bağlı "Reaksiya"ya açıqlamasında baş verən faciəvi hadisəyə görə çox sarsıldığını bildirib: 

"Həmkarımızın ölüm xəbərini mən böyük bir üzüntü ilə qarşıladım. Çox ağır faciədir. Bu, bizim cəmiyyətimiz üçün, jurnalistika camiyəmiz üçün yaxşı olmayan hadisədir. Belə hadisələr ölkəmizlə bağlı beynəlxalq mühitdə yaxşı rəy formalaşmasına xidmət eləmir. Hadisənin baş verməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Ümid edirik ki, hüquq-mühafizə orqanları ciddi mövqeyini ortaya qoyacaq, ən qısa müddətdə günahkar tapılıb cəzalandırılacaq. Mən jurnalistin ailəsinə və yaxınlarına baş sağlığı verirəm”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA