Bakıda həkim intihar etdi: Boğazın kəsdi

img

10-08-2015 [11:49]


Bakıda intihar hadisəsi baş verib.

Mia.az xəbər verir ki, Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Sabunçu qəsəbəsi, Karqanov küçəsi ev 10 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1945-ci il təvəllüdlü Eldar Qoca oğlu Piriyev yaşadığı evdə boğazını kəsib. O, çoxlu qan itirdiyindən hadisə yerindəcə dünyasını dəyişib.

E. Piriyevin özünə qəsd etməsinin dəqiq səbəbləri barədə hələlik məlumat verilməsə də, onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, E. Piriyev təqaüddə olan həkim olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:40 05.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA