Deputatlardan jurnalistin ölümünə münasibət

img

10-08-2015 [11:33]


Avqustun 8-də bir qrup naməlum şəxs tərəfindən döyülərək ağır və çoxsaylı bədən xəsarətləri alan, bir gün sonra yerləşdirildiyi klinikada vəfat edən jurnalist Rasim Əliyevin ölüm ilə bağlı deputatlar da öz fikirlərini bildiriblər.



Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadəbildirib ki, gənc jurnalist Rasim Əliyevin qərəzli xuliqanlıq hərəkətləri nəticəsində ağır xəsarət alması və bunun nəticəsində dünyasını dəyişəsi xəbərini çox ağrılı qəbul etdim: `Hakimiyyətin və müvafiq olaraq hüquq-mühafizə orqanlarının məsələyə sərt münasibəti, təqsirkarların müəyyən edilməsi üçün atılan addımlar və bu istiqamətdə əhalinin mütəmadi məlumatlandırılması Azərbaycanda insan hüquqlarının qorunmasına çox ciddi yanaşılmsının bir daha nümunəsi oldu. Mərhumun ailəsinə və yaxınlarına başsağlığı verir və onlarla birlikdə kədərlərini bölüşürəm`.


Deputat Fazil Mustafanınhadisəyə münasibəti isə belə olub: `Hər kəsin ən azı özünə hörmət qazanmaq səviyyəsində tərbiyə sahibi olmasına ehtiyac var. Ağır hadisədir, hüququn yerinə fiziki güclə məsələni çözürlər. Bir statusa görə jurnalisti öldürmək, bir xoşa gəlməyən cavaba görə dostunu, qadını, ərini, yaxınlarını, çevrədəki insanları qətlə yetirməyin ənənəyə çevrildiyi bir cəmiyyətin gəlib çıxdığı real nəticədir`.



Öldürülən jurnalistin yaxınlarına başsağlığı verən millət vəkili bildirib ki, bu hadisə ilə əlaqədar başqa bir neçə detala soyuqqanlı diqqət yetirməliyik: `Ölkəni xaricdə təmsil edən əksər futbolçular kimi, bu futbolçunun da təhsili və dünyagörüşü aşağıdı, bunu da yanlış jestlərlə, jurnalistlərin suallarına cavablarla biruzə verir. Kiprli jurnalist soruşur ki, niyə türk bayrağını qaldırdın, cavab verir ki, "türklər mənim dostumdur!" "Biz də türkük!" demək nə qədər ciddi hazırlıq tələb edir?

Mərhum jurnalistin peşə hazırlığı yetərli deyildi, birbaşa gənc futbolçunu əxlaqsız və tərbiyəsiz adlandırır, halbuki dilin imkanları yetərincədir ki, söyləmək istədiyi ən sərt fikri belə daha mədəni üslubda və dolayı formada ifadə etsin. Futbolçunun bu hadisəyə qarışan qohumlarının təəssübkeşlik duyğusu da insan həyatına sayğıdan xeyli yuxarıdadır.

Ən acınacaqlısı isə ədalətin məhkəmə yolu ilə bərpa olunmasına inamın gündəmdən çıxmasıdır ve insanlar öz "qanunları ilə" bir-birini susdurmağa cəhd edirlər. Qısacası, bu aqressivliyin azalmasını, insanların hüquqa, bir-birinin haqqına hörmət etməsini istədiyimiz cəmiyyətdə futbolçusu da, jurnalisti də, siyasətçisi də, sahibkari da, polisi də, müəllimi də, oğrusu da, müğənnisi də lazımi təhsil almalıdır, sağlam dünyagörüşə sahib olmalıdır.

Unutmayaq ki, ötən aylarda bir müğənni də apardığı "razborka"nı rahatlıqla videoya qoymuşdu, məmur-sahibkar övladları yol polisi hansı səviyyədə təhqir etmişdi. Hüquq ədalətli şəkildə insanlara toxunmayanda, insanlar bir-birinin hüququna bu kimi aqressiv formalarda toxunacaqlar. Yani hər kəs öz imtiyazı səviyəsində hüququn üzərinə çıxanda hüququn beli bükülmüş qalacaqdır. Linç etməklə problem çözülmür, bundan sonrakıları tərbiyələndirmək və hər kəsin ən azı özünə hörmət qazanmaq səviyyəsində tərbiyə sahibi olmasına ehtiyac var`.



Deputat Qənirə Paşayevada jurnalistin ölümünə reaksiya verib: `Jurnalist Rasim Əliyevə Allahdan rəhmət, ailəsinə bu böyük acılarında səbr diləyirik.İnanırıq ki, bu hadisəni törədənlər layiq olduqları cəzanı alacaqlar. Allah rəhmət etsin`.

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA