"Niyə məhz Ziya Məmmədov hədəf seçilir?"- Deputat

img

05-08-2015 [13:25]


"Ziya Məmmədovu tənqid etmək niyyətində deyiləm, imkan düşəndə onu tərifləyirəm. Çünki baxın, Azərbaycanda son illər ən inkişaf etmiş sahələrdən biri yoldur. Biz ümumiyyətlə yolsuzluq şəraitində olmuşuq. Yol çox vəsait və vaxt istəyir, çətin bir sahədir. Mən sevinirəm ki, nəhayət yollarımız düzəlir”.

Mia.az xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı "Qafqazinfo”ya müsahibəsində deyib.

Müxbirin, nəqliyyat naziri ilə qohum olması barədə sualına cavabında partiya sədri bildirib ki, Ziya Məmmədovun qardaşı ilə cəmi 3-4 ildir quda olub: "Ziya Məmmədov dəyərli insandır, bir ziyalı, ədəbiyyatı, şeiri sevən, milli mənəviyyata bağlı bir adamdır. Mənim müşahidəm belədir. Mən onu hakimiyyət komandasının içində ən layiqli adamlardan biri hesab edirəm. Və bilirəm ki, ona yönəlmiş tənqidlərin bir hissəsi qərəzlidir. Təbii ki, əgər yolla bağlı gördüyüm bir nöqsan varsa, onu da çəkinmədən deyərəm.

Ziya Məmmədovun öz işləri, mənim öz işlərim var. Biz ildə 3-4 dəfə məclislərdə, tədbirlərdə görüşürük.

Bu ölkədə hamı bir-biri ilə qohumdur və hamının övladları var. Niyə məhz Ziya Məmmədov hədəf seçilir? Ümumiyyətlə, vəzifə sahiblərinin özlərinə görə övladlarının hədəf seçilməsi doğru deyil. Məsələn, əgər hörmətli Kəmaləddin Heydərovun və ya Ziya Məmmədovun övladları xaricdəki əlaqələrindən istifadə edib, respublikanın xeyrinə çalışırlarsa, imkanlarını yaxşı işə sərf edirlərsə buna xoş niyyətlə yanaşmaq lazımdır.Bizim bir çox məmurların övladları, hətta müxalifətçilərin nə qədər uşağı Avropaya oxumağa gedib qayıtmır. İndi kiminsə övladı göz qabağındadır, nəsə bir iş görür deyə, daim tənqid olunmalıdırlar?! Kimin kiminləsə qohum olması ailə məsələsidir...”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA