Bakıda toyda 92 nəfər nədən zəhərlənib? – Rəsmi

img

10-08-2015 [11:29]


Bakının "Zəngəzur” şadlıq evində keçirilən toyda kütləvi zəhərlənmə ilə bağlı rəmi açıqlama verilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, zəhərlənən 77 nəfərdən 41-nin vəziyyəti kafidir. Zəhərlənənlərdən başqa daha 15 uşaq da tibb müəssisələrinə müraciət edib. Müraciət edənlər Kliniki Tibbi Mərkəz və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdiriliblər. Onlara müvafiq tibbi yardım göstərilb. Hazırda 41 nəfərin müalicəsi davam edir. Xəstələrdən laborator müayinə üçün qusuntu və yuyuntu materialları götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, qida zəhərlənməsinə şübhəli məhsul kimi "paytaxt salatı” ehtimal olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:40 05.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA