Bakıda “Miss Eurovision of Azerbaijan”ın iştirakçısını döydülər

img

09-08-2015 [23:04]


Bakıda gecə klubunda gənc qadına qarşı zorakılıq olub. 

Mia.az lent.az-a istinadən xəbər verir ki, 8-ci Polis Bölməsinə müraciət edən 1989-cu il təvəllüdlü Şeydayeva Aynur Səhrab qızı Bibiheybət qəsəbəsində yerləşən "Energy” klubda tanımadığı şəxsin hücumuna məruz qaldığını bildirib. 

26 yaşlı qadın qeyd edib ki, avqustun 2-də gecə saat 03:30 radələrində klubda tanımadığı şəxs mübahisə zəmnində onu döyərək müxtəlif dərəcəli xəsarətlər yetirib.

Müraciət əsasında araşdırma aparılır.

Qeyd edək ki, Aynur Şeydayeva "Miss Eurovision of Azerbaijan” gözəllik müsabiqəsinin iştirakçısı olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:40 05.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA