07-08-2015 [12:50]
AzVision.az-ın müsahibi Milli Təhlükəsizlik Nazirliyinin (MTN) nəzdində fəaliyyət göstərən "Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın keçmiş referenti, hazırda şou-biznes sahəsində məşhur olan Altay Yaşardır.
- Altay bəy, çoxdandır görsənmirsiniz. Haralardasınız, hansı işlərlə məşğul olursunuz?
- Milli Təhlükəsizlik Nazirliyindəki 11 ilik xidmətimdən sonra "Azərbaycan Dünyası” Beynəlxalq Jurnalı və "Dədə Qorqud” Milli Fondunda vitse prezident kimi çalışmağa başladım. Sonra elə oldu ki, 2012-ci ildə nazirlik məni yenidən geri qaytardı. Ancaq başqa bölümə keçirildim. 2012-ci ildə həm də "Ozan Production”nı qurdum.
Hazırda rəsmi dövlət işim isə AMEA Nizami Gəncəvi Adına Ədəbiyyat İnstitutunun "Səlnamələr” şöbəsindədir. Bir neçə işi bir yerdə görüb, universalist olmağa çalışıram..jpg)
-Deyəsən, bu sizdə alınır. Görünür MTN əməkdaşı olsanız da sənətə marağınız həmişə olub, ancaq işiniz gərəyi bunu üzə çıxarmamısınız?
-Əslində tam da elə deyil. "Sandıq” fəaliyyətimə ilk dəfə 2005-ci ildə başlamışdım. İndi siyahıya baxanda, 90-a yaxın mahnı var, hansı ki, məşhur müğənnilərimiz oxuyub və onların sözləri mənə aiddir. Bəzilərinin isə həm sözü, həm də musiqisinin müəllifi mənəm.
Söhbətimizdə Altay bəyin telefonuna gələn zənglə fasilə yaranır. Ekrana baxır, "üzr istəyirəm, buna cavab verməliyəm, əsirlərdən birinin oğludur” deyir. Telefonu bağlar-bağlamaz da zəng edən oğlan haqqında danışır. Görünən o ki, mənim keçmiş dediyim iş keçmişdə qalmayıb. Əsir ailələri hələ də onu axtarırlar....jpg)
-Madam ki, söhbətin məcrası dəyişdi. Əsir düşmüşlərlə işlədiyiniz zamandan danışaq.
-Ora sırf MTN demək olmazdı, amma MTN-in tərkibində yaradılmış kommisiya idi. Ancaq yenə də milli təhlükəsizlik naziri özü kommisiyaya sədrlik edirdi. Mənim işim isə məxfi bölümdə idi. O prosseslər doğrudan çətin idi. Məxfilik məsələsinə görə tam detalları danışa bilmirəm, amma təxmin etməyiniz də çətin olmaz deyə düşünürəm. Ən adi bir halı deyim. Əsir dəyişmə zamanı erməni əsirini Ermənistan tərəfinə təhvil verirdim. O anda belə içimdə o əsiri özümüzdən üstün görürdüm. Ona görə yox ki, onlar güclüdür. Əksinə. Rusların "Ağ qibtə” dedikləri hiss var. İfadə eləmək istədiyim tam da budur. Yəni, erməni əsgəri əsir olsa belə savaşda qalib olan ölkənin əsiri idi. Biz isə məğlubduq.
Ancaq bir an üçün yaranan "qibtə” hissimi anındaca başqa hisslər üstələyirdi. Mübarizə davam edir...
-Bəs onlar özlərini necə aparırdılar?
-Erməni əsirlərin içində hər xislətdə olanları var idi. Kimisi Qarabağ məsələsində özlərini təqsirli bilirdi, kimisindən qətiyyən söz almaq olmurdu. Elələri olurdu ki, tam təhvil veriləcəyi əsnada bəzi məlumatları deyirdi. Ancaq istənilən halda mən onlarla münasibətdə yumuşaq olmağa çalışırdım. Çünki sərt davrandığım anda zəifliyimi ortaya çıxartmış olacaqdım.
-Yəni, doğrudanmı erməni əsirlərə qarşı qəddar, acımasız davrandığınız olmurdu heç?
-Beynəlxalq qaydalar var. Həm də dövətimiz buna yol vermirdi. Əslində istər-istəməz nifrətdən doğan bir kin yaranırdı. Ermənilərin Azərbaycan əsirlərinə qarşı etdiyi işgəncələri şahidlərdən dinləyib, qeydə alırdıq. O kinlə gedib erməni əsirlərə əziyyət etmək olardı, ancaq biz yenə də bunu eləmirdik. Əli qolu bağlı insanı incitmək acizlik olardı.
-Əsir ailələri və ya əsirlikdən geri qaytarılmış azərbaycanlılar ilə rəsmi münasibətin xaricində görüşüb, xəbərləşdiyiniz olurmu?
-Əlbəttə görüşlərimiz olur. Məsəl üçün, Şəhid Fərhad Atakişiyevin bütün döyüş yoldaşları hələ də yanıma gəlirlər. Fərhadı o qədər araşdırmışdım ki, döyüşlər zamanı kimin hansı vəzifədə olduğunu da əzbərləmişdim. Fərhadın döyüş yoldaşlarına deyirdim ki, "filan gün saat 3-də sən binanın pəncərəsindən atırdın, Fərhad da filan yerdə idi, hə?”.jpg)
Təəccüblənirdilər. Deyirdilər sən də orda bizimlə idin?! Fərhadın qəhrəmanlığını o dərəcədə dərindən incələdim.
-Fərhad mövzusuna toxunmaq istərdim. Onun haqqında film ərsəyə gətirmişdiniz. Uğurlu da alındı. İdeya necə yarandı?
-Fərhadın qəhrəmanlığı məni çox təsirləndirmişdi. Mənəvi qəhrəmanları texniki qəhrəmanlardan bir pillə üstün tutmuşam həmişə.
20 yaşlı bir oğlan düşünün. Düşmənə əsir düşsə də əqidəsi ilə düşməni öz əsirinə çevirir. Fərhad 72 ölümcül zərbə almışdı. Buna rəğmən o, düşmənin istədiyini eləyib, Qarabağın ermənilərə aid olduğunu təkrarlamamışdı.
Mən də bu hisslərlə onun haqqında bir şeir yazdım. Şeiri Rasim Balayev səsləndirdi. Və film Alim Qasımov, Mehriban Zəki, Vaqif Gərayzadə, Elxan Cəfərov kimi nəhəng komanda ilə hazırlandı.
-Qeydləriniz içərisində Fərhad kimi başqa qəhrəmanlar yox idi?
-Təbii ki var idi. Məsələn, Natiq Qasımov. Tək başına ordu kimi döyüşən Mehdi Hüseynzadənin adını qeyd edə bilərəm. Natiq tək başına bir alban məbədinin içərisində gizlənib, 5 gün boyunca düşməni səksəkədə saxlamışdı.
Natiqin ermənilər tərəfindən əsir alınması hadisəsini iki beynəlxalq müxbir qeydə alsa da erməni tərəfi onun haqqında bütün məlumatları hələ də gizlədir. Natiq bəlkə də sağdır və orda hansısa bir şəkildə yaşayır.
Bunun kimi qəhrəmanlıqlar çox var. Sadəcə hər biri haqqında film çəkmək çətindir. İşin maddi tərəfinə gələndə hər kəs təəssüf ki, milli məfkurəni, vətənpərvərliyi, dövlətçiliyi düşünmür..jpg)
-Productiondakı fəaliyyətinizə qayıdaq. Nazirlikdəki işinizdən sonra şou-biznes sahəsini seçməniz sadəcə xobbinin arxasınca getmək idi, yoxsa...?
-Sözün açığı bu sahə mənim üçün xobbidir. Amma nə yalan deyim, şəxsi biznes kimi burada uğur qazana biləcəyimi düşündüm. Əslində musiqi sahəsi çox qeyri-ciddi sahədir. İndi bunu daha yaxşı anlayıram. Bu sahədə baş çıxara bilmək çətindir. Gələndə haylı-küylə, həvəslə gəlmişdim, amma müğənnilərin arasındakı münasibətləri, qiybətləşmələri gördükcə bir az soyudum.
-Təbii ki, əvvəlki işinizdən sonra şou-biznes sizə qeyri-ciddi təsir bağışlaya bilər.
-Əslində mənim həyatımda hər şey bir birinə zidd olub. Kriminal sayılan bir məhəllədə, paytaxın 8-ci kilometr deyilən ərazisində böyümüşəm. İstəsəm də, istəməsəm də ətrafımda kiriminal sayıla biləcək adamlar var idi. Bu insanlarla eyni həyatı yaşamasaq da, eyni həyəti paylaşırdıq. Amma buna baxmayaraq, bizdə həmişə ailə dəyərləri üstün olub. Mən ailə maraqlarımı hər şeydən üstün tutmuşam.
Atam polis idi və peşəsi gərəyi ciddi insan idi. Onu çox erkən yaşımda itirsəm də, ondan qazandıqlarım həyatımın istənilən dönəmində köməyimə gəlib.
Belə mühitdə böyüyüb formalaşan biri üçün Milli Təhlükəsizlik Nazirliyindəki dəqiqliyin öhtəsindən gəlmək çətin olmalı idi. Eyni zamanda o dəqiqlik, rəsmilikdən sonra bu sərbətlik...
Amma bacardığımı düşünürəm. Maraqlı bir məqamı deyim sizə. Xüsusi Xidmət Orqanlarının əməkdaşlarının arasında xüsusi hörmət və bir-birilərinə qarşı fərqli yanaşma tərzi olur . Hərdən elə olurdu ki, tanımadığım bir əməkdaşla yemək yeməyə gedirdim, bir də baxırdım mənim müəllifi olduğum mahnıların adını sayır.
Kənardan necə göründüyü haqqında fikir söyləməyəcəm amma, MTN öz daxilində bir kənd kimi idi. Hər kəsin bir-birini tanıdığı, hörmət etdiyi və mehriban olduğu şirin bir kənd....jpg)
-Azərbaycanda nazirindən tutmuş yüksək vəzifəli məmurlara kimi bir çoxlarının daxilində bir musiqi dünyası var.
-Bəlkə də bu, şeiri, sənəti sevən xalq olmağımızdan irəli gəlir. Yəni genetika məsələsi. Tam olaraq bilmirəm. Ancaq mən təkcə musiqi ilə kifayətlənmirəm, yazarlıq fəaliyyətimə də davam edirəm. Film sahəsinə də böyük marağım var. "Qarabağdır Azərbaycan” və "Düşmən laylası” adlı iki filmin ssenarisini yazmışam. Yenilərini də planlayıram.
Şahidlərin danışdıqları əsir, şəhid həyatları var ki, beynimdə yer eləyib. Onları işləmək istəyirəm.
-Onda belə demək olar ki, dövlət səviyyəsində məğlub olduğumuz hadisələrə sənət səviyyəsində qalibiyyət qazandırmaq istəyiriniz?
-Dövlət səviyyəsində də heç nə bitmiş sayılmır. Mən özüm də bu gün burdayamsa, o demək deyil ki, hərbi strukturdan uzaq düşmüşəm. Əksinə, istənilən anda, səfərbərlik elan olunacağı təqdirdə hərbidəki yerimi alacam. Bir səs gözləyirik sadəcə...
Aysel Əliyeva
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq