Ermənistan Gürcüstanın da torpaqlarını işğal edir - VİDEO (FAKT)

img

05-08-2015 [12:51]


Erməni xisləti hər yerdə özünü büruzə verir. Bu xalqın torpaq işğalından gözü doymur. Azərbaycana təcavüzü ilə yanaşı, Ermənistan qonşusu və qonşumuz olan Gürcüstanın da torpaqlarını işğal edir. Zəbt olunan ərazi isə azərbaycanlıların dədə-baba torpaqlarıdır. Gürcülər isə bu təcavüzə hələ ki, göz yumur.  

Mia.az Region TV-nin bu problemlə bağlı maraqlı reportajını təqdim edir:

"Bura Gürcüstan Ermənistan sərhəddidir. Daha dəqiq desək, azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Təzəkənd kəndi. Burda yaşayan soydaşlarımız deyir ki, düşmən təkcə Azərbaycan Ermənistan sərhəddində yox, elə burada da təxribatlarından əl çəkmir.

Soydaşlarımız bildirir ki, əvvəllər heyvanlar sərhəddi keçən zaman rahatlıqla geri qaytamaq olurdu. İndisə nəinki mal-qara geri qaytarılmır, hətta sakinlərin min bir əziyyətlə əkib becərdiyi təsərrüfat səhalərindəki hazır məhsulu da düşmən mənimsəyir.

Sakinlərlə yenicə danışmağa başlamışdıq ki, çəkilişimizdən xəbər tutan Gürcü hərbçiləri kəndə gələrək burda çəkiliş aparamağın qadağan olduğunu bildirdi. Sonra bizi başqa bir yerə apardılar və uzun sürən sorğu-sualdan sonra sərbəst buraxdılar.

Çəkilişə mane olan Gürcüstan hərbçiləri dolayısıyla ölkələrinin xeyrinə olan məsələnin qabardılmasına mane oldu. Axı delimitasiya - yəni sərhədlərin dəqiq cızılması elə dövlətin özünün xeyrinədir. Təzəkəndin köhnə sakinləri isə deyir ki, dədə-babadan yaşadıqları bu yerlərin Ermənistanla sərhəd xətti tarixi xəritəyə görə Muşul meşələrinin yaxınlığındakı dağların zirvəsindən keçirdi. İndi isə erməni hərbçiləri lap burnumuzun ucuna gəlib çıxıb. Gürcüstan tərəfi isə deyəsən burnunun ucunu görə bilmir".



Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA