04-08-2015 [16:23]
Əflatun AMAŞOV
Bu il ali məktəblərə daxil olmaq istəyən abituriyentlərin 341-nin ixtisas seçimində jurnalistika da var idi. Ümumi test imtahanından sonra onların 163-ü jurnalistika üzrə keçiriləcək qabiliyyət imtahanlarında iştirak etdi və yalnız 57-i bu mərhələni uğurla başa vurmağı bacardı.
Ali məktəblərin jurnalistika ixtisası üçün ayrılmış 198 yerə qarşılıq 57 rəqəmi az görünə bilər. Ancaq göstərici heç də pessimizə əsas vermir. Bu baxımdan bir neçə məqamı bölüşmək istərdim.
Birincisi, əvvəllər də jurnalistika ixtisası üçün ümumilikdə 200-ə yaxin yer ayrılırdı. Həmin yerləri tutan, yəni jurnalistika ixtisaslı bakalavrların heç də hamısı ali məktəbi bitirdikdən sonra peşəsi üzrə fəaliyyət göstərmirdi. Hazırkı status-kvo jurnalistikaya marağı olanların bu sahəyə gəlişi baxımından önəmlidir. Əsas olan kəmiyyət deyil, keyfiyyətdir.
İkincisi, uzun müddət idi ki, jurnalistikaya qəbulda qabiliyyət imtahanı mexanizmi tətbiq edilmirdi. Məlum olduğu kimi, 2013-cü il noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə bu məsələ qaldırıldı və dövlət başçısı təşəbbüsü dəstəkləyərək müvafiq tapşırıqlar verdi. Nəticədə 2014-cü ildən başlayaraq jurnalistikaya qəbul prosesində qabiliyyət imtahanı tətbiq edildi. Yəni, bu mexanizm özlüyündə cəmiyyət üçün yenilikdir və mövcud istiqamətdə müvafiq maarifləndirmə işlərinin aparılmasına ehtiyac var.
Üçüncüsü, jurnalistikada həvəs amili mütləqdir. Ümumən bütün dövrlərdə bu peşə cəmiyyətdə populyar sayılıb. Bu sahədə çatışmazlıqların hələ də qalmasına baxmayaraq, düşünmürəm ki, jurnalistikanın nüfuzu tam şəkildə aşağıdır. Abituriyentlərin 341-nin ixtisas seçimində jurnalistikanı da göstərməsi bunu deməyə əsas verir. Bir qədər də incəliyə getsək, 163 nəfərin qabiliyyət imtahanında iştirakı da xüsusi vurğulanmalıdır. Belədə, məncə, həmin 163 nəfərə münasibət məsələsi ön plana çıxır. Əlbəttə, qəbul planındakı kəsiri nəzərə alaraq onların heç də hamısının qabiliyyət testindən keçməsinə şərait yaratmaq doğru olmazdı. Bununla belə həmin abituriyentlərə yanaşmada onların jurnalistikaya marağının mövcudluğu əsas götürülməlidir. Yaxşı olardı ki, mövcud xüsusda qabiliyyət imtahanındakı qiymətləndirmənin nisbətən yüngülləşdirilməsi məsələsi nəzərdən keçirilsin.
Dördüncüsü, məlum olduğu kimi, ali məktəblərin jurnalistika ixtisası üzrə magistr pilləsinə qəbulda da yeniliklər edilib. Əgər əvvəllər yalnız humanitar sahəni bitirənlər jurnalistika fakultəsində magistr təhsili ala bilirdilərsə, 2014-cü ildən başlayaraq digər sahələrin də bakalavrlarına belə imkan yaradılıb. Bu mexanizmin tətbiqi eyni zamanda jurnalistikanın ixtisaslaşmasına da ciddi dəstək əhəmiyyəti daşıyır. Hər halda, məsələn, iqtisadiyyat sahəsini bitirmiş bakalavr yazı yazmaq qabiliyyətinə malikdirsə, o zaman onun təqdim etdiyi material daha peşəkar alınar və cəmiyyət üçün faydalı olar.
Hesab edirəm ki, əsas hədəf jurnalistikaya həvəsi olanların bu sahəyə axınını təmin etməkdən ibarətdirsə, o zaman həm qeyd etdiyim mexanizm, həm də bakalavr pilləsinə qəbul zamanı jurnalistikaya marağı olanların nəzərə alınması müstəsna əhəmiyyət daşıyır. Buna görə də ümumən jurnalistika təhsili sahəsindəki seçilmiş hazırkı yolu daha optimal və prinsipial qiymətləndirirəm.
Ruben Vardanyanın məhkəməsi: nə vaxt keçiriləcək? - AÇIQLAMA
"Elə bіlіrsіnіz kі, böуük mağazalar düz işləyir?" - iPONE telefonlarının saxtası bazara dolub? (FOTO)
Pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı... - Mərkəzi Bank qərar verdi
Onlar imtahan verəcək
PAKİSTAN BU ÖLKƏYƏ NÜVƏ SİLAHI VERİB? - İran kəşfiyyatı elə iddia irəli sürdü ki...
İlham Əliyev Litva prezidentinə məktub ünvanlayıb - MƏTN
XARİCDƏ TƏHSİL PROQRAMI: şərtlər açıqlandı - DETALLAR
Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu - FOTOLAR
Qazaxıstanda yeni konstitusiya: 11 fəsil və 95 maddədən ibarət ali qanun... - 40 yaşa qədər heç kim prezident ola bilməz!
Qocaman YAP-çı: "Bilmək lazımdır ki, hansı həddə kimi bu qudurub”
Tələbələr dəm qazından zəhərlənib
Sergen Yalçın: "O, yavaş-yavaş komandaya sahib çıxmağa başlayıb"
Astarada iki nəfər 64 kiloqram narkotiklə saxlanılıb
Müdafiə Nazirliyi məlumat yayıb
Rusiya Ukraynada daha 12 qəsəbəni işğal edib: "Bu, 200 km-dən çox torpaq deməkdir..."
Hikmət Hacıyev video paylaşdı: "Belqrad bu gecə"
İsrail Livan-Suriya sərhədinə zərbə endirib - Ölənlər var
NATO ölkəsi ABŞ-a meydan oxudu - "Bunu ilk dəfə söyləyirəm: iPhone kimi, F-35-lərin də proqram təminatını sındırarıq"
Türkiyədə futbolçu və məşqçilər əlbəyaxa davaya girdi: bir futbolçu xəstəxanalıq oldu
ƏDƏBİ ELİTANIN İFLASI və ya tarixi imtahandan sinifdə qalanlar...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mərkəz rəhbəri, yoxsa tender kralı? - Səhiyyədəki əməliyyatlarla bağlı şok iddialar
Belqradda Prezidentlərin şam yeməyində “Ay Laçın” ifa olundu - VİDEO
Əliyev Serbiyada - Prezidentlər görüşüb, birgə açıqlamalar verilib (VİDEO, FOTOLAR) - Yenilənib
“Qadın paltarında səfirlikdə gizlənən insan sizsiniz?" - Mehriban Əliyeva Meydan TV-nin sahibinə elə cavab verdi ki... (VİDEO) - YENİLƏNİB
"Sanki alçalaraq pul istəyirik" - Çingiz Abdullayev
"Forza Neftçi" Yevlax stadionunda "günəşlənir" - "Neftçi" "Kəpəz"i çətin vəziyyətə salıb (Yenilənib)
Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib
Sabahın hava proqnozu açıqlandı
Liseydə güllələnən müəllimədən xəbər var
İlham Əliyev Münxendəki görüşləriylə bağlı paylaşım etdi - FOTO
"Əminağa Sadıqov rektor ola bilmirsə..." - Professor elmi dərəcəsi saxta çıxan rektor əvəzi barədə yeni iddialar yayılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Fənərbağça" səfərdə "Trabzonspor"a qalib gəldi
İlham Əliyev Münxendə panel iclasda - SUAL-CAVABIN TAM MƏTNİ + VİDEO, FOTOLAR (YENİLƏNİB)
Prezident erməninin sualına belə cavab verdi: "Bayden kimi prezident gəlsə, o sizin..." - VİDEO