04-08-2015 [12:13]
Anadolu Universiteti Azərbaycan Proqramından narazılıq və şikayət var.
Proqramın koordinatoru olmuş Firudun Bəndəliyev musavat.com-a şikayət məktubu təqdim edib. Şikayətdə bildirilir ki, Anadolu Universiteti Azərbaycan proqramlarının qanunsuz fəaliyyəti və orada təhsil alan tələbələrin problemləri ilə əlaqədar dəfələrlə mediada yazılar getsə və məsələ ictimailəşsə də, problem çözülməyib. Bildirilir ki, hazırda 2500-dən artıq tələbənin gələcəyi sual altındadır: "Diplomların tanınmaması üzündən məzun olanlar Azərbaycanda magistraturaya müraciət edə bilmədikləri kimi, dövlət qulluğu vəzifələrində də işləmə imkanları olmayacaq”.
"Anadolu Universitetində distant təhsili alan azərbaycanlı gənclərin gələcəyinə biganə yanaşma davam edir. Tələbələri və valideynləri narahat edən məsələlərin başında təhsil ödənişlərinin kursda qalan tələbələr üçün haqsız olaraq yüksəldilməsi, universitetin Azərbaycandakı tərəfdaş qurumu olan və tələbələrə texniki xidmət göstərməyi öhdəsinə götürən Azərbaycan-Türkiyə İşadamları Birliyi, ATİB ilə tələbələr arasında heç bir rəsmi müqavilənin bağlanmaması və universitet tərəfindən verilən diplomların Azərbaycanın Təhsil Nazirliyi tərəfindən nostrifikasiya edilməməsi, yəni təsdiq olunmamasıdır”,- deyə şikayətçi bildirir.
Onun sözlərinə görə, Anadolu Universitetinin rəsmi internet səhifəsində 2014-cü ilin avqustundan universitetin Azərbaycan proqramlarının yayılmasında, tələbələrə distant xidmətlərin göstərilməsi üçün ATİB ilə protokol imzalandığı bildirilir: "Amma ATİB rəsmi saytında bu əməkdaşlığı 3 aydan çox Azərbaycan ictimaiyyətindən gizlədib. Yalnız tələbələrin qeydiyyatı bitdikdən və təhsil haqları xaricə bir şirkətin bank hesabına keçirildikdən sonra, dolayı yolla ATİB rəhbərliyi özünə bağlı ”EcoVizyon" jurnalında ATİB Anadolu Universiteti Azərbaycan Proqramlarının koordinatoru kimi göstərib.
ATİB yenə də açıq şəkildə tərəfdaş müqaviləsi bağladığını bəyan etmir. ATİB-in rəsmi saytında tərəfdaşlıq etdiyi qurumlar arasında Anadolu Universitetinin adı çəkilmir. Həmçinin Azərbaycan proqramlarında distant təhsili alan tələbələr təhsil haqlarını onlarla heç bir xidmət müqaviləsi imzalanmadan "Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanayi Ticaret Anonim Şirketi”nin Şimali Kipr Respublikasının paytaxtı Lefkoşadakı Ziraat Bankının hesabına keçiriblər? Bu şirkətlə ATİB arasında nə əlaqə ola bilər? Bu şirkətin təsisçisi və rəhbəri kimdir? ATİB-in rəsmi saytında və bu quruma bağlı "EcoVuzyon” jurnalında yeni üzvlər arasında "Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanyi Ticaret Anonim Şirketi”nin də adı keçir. Təmsilçisi isə Ömər Dönməz adlı şəxsdir. Bildirilir ki, Ömər Dönməz Azərbaycanda əsasən inşaat sektorunda fəaliyyət göstərən və ATİB sədri olan Camal Yanğına bağlı "İstanbul Çarşı İmport Export LTD” şirkətinin həm baş mühasibi, həm də ATİB Təftiş Komissiyasının üzvüdür".
F.Bəndəliyev bildirir ki, daha bir diqqətçəkən məqam isə "Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanayi Ticaret Anonim Şirketi”nin Azərbaycan nümayəndəliyinin Anadolu Universiteti Azərbaycan Proqramlarına tələbə qəbulunu elan etməsidir: "Əgər Anadolu Universiteti Azərbaycanda tərəfdaş qurum kimi ATİB-i görürsə, bu şirkət nümayəndəliyinin tələbə qəbulunu həyata keçirməsi nə dərəcədə doğrudur?”
Məlumat əldə edilib ki, azərbaycanlı tələbələrdən alınan təhsil haqqının dörddə bir, ya da beşdə bir hissəsi Anadolu Universitetinin hesabına köçürülür. Yəni min avrodan 200-150 avroluq hissə köçürülür. Şikayətçinin sözlərinə görə, təhsil ödənişləri kursda qalan tələbələr üçün haqsız olaraq yüksəldilib. Həmçinin universitet tərəfindən verilən diplomlar Təhsil Nazirliyi tərəfindən təsdiq olunmur: "Hazırda mindən çox tələbə təhsillərini dondurmaq məcburiyyətində qalıb. Bu cür tələbələrin sayı hər il getdikcə artır. Bildirilir ki, Anadolu Universitetinin fəaliyyəti üçün Təhsil Nazirliyinə rəsmi heç bir müraciət olunmayıb. Yəni ”Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanayi Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Anadolu Universiteti adından fəaliyyəti qanunsuzdur. Ayrıca müvafiq icra mexanizmi olmadığından, distant formada məzun olan şəxslərin ali təhsil haqqında sənədlərinin, diplomlarının ekvivalentliyinin müəyyən edilməsi mümkün deyil. Yəni Anadolu Universitetində Azərbaycan proqramlarından məzun olanların diplomları Azərbaycanda tanınmayacaq".
Son olaraq isə bildirilir ki, Anadolu Universitetinin Azərbaycandakı fəaliyyəti ilə əlaqədar Prezident Adminstrasiyası tərəfindən Baş Prokurorluğa rəsmi məktub göndərilib və universitetlə bağlı şikayətlərə baxılması istənilib. Qarşı tərəfin də rəyini dinləməyə hazırıq. /
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq