Saakaşvilidən Putinə daha bir mesaj: "O, elə bilrdi ki..."

img

01-08-2015 [15:43]


Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Günü münasibətilə zabitlər evində "Cənub” hava qüvvələri komandanı general-leytenant Pavel Zuyevlə görüşüb. 


Mia.az Moderator.az-a istinadən xəbər verir ki, görüş zamanı anti-terror əməliyyatlarında fərqlənən döyüşçülər fəxri fərman və digər təltiflər verilib. 

"Krımın işğalından sonra Putin  hesab etdi ki, Ukraynanın digər regionları karton evciklərdən ibarətdir. O, fikirləşirdi ki, bütün Cənubi Ukrayna özü ona tərəf yaxınlaşacaq, Odessa qollarını açıb düşməni qarşılayacaq. Amma heç nə baş vermədi. Və bu da Putin üçün böyük sürpriz oldu”, - Saakaşvili tədbir zamanı çıxışında deyib.   

Saakaşvili bildirib ki, Odessa vilayətində və Ukraynadakı sülh imperiyanın sonunu, Krımın və Ukraynanın digər torpaqlarının qaytarılmasını yaxınlaşdırır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA