Eldar Əzizovun iftar süfrəsi
YAZARLAR
13.07.2015, 22:47
İcra başçılarının şəriksiz lideri Bakı meri Hacıbala Abutalıbovdur. Bu barədə heç kim mübahisə etməyə cəhd eləməz. Reytinq cədvəlində sonrakı yerlərlə bağlı mübahisə aparmaq olar.
Amma şəxsən mənim favoritim Sumqayıt şəhər icra hakimiyətinin başçısı Eldar Əzizovdur. Yaşadığım şəhərin rəhbəri olduğu üçün demirəm. Eldar müəllimin özünəməxsus «iş prinsipi» hər kəsə bəllidir. Sumqayıta icra başçısı təyin olunandan sonra Eldar Əzizovun göstərdiyi performans çoxlarının gözünü yaşartmışdı. Deməli, cənab başçı yeni kreslosunda oturar-oturmaz şəhərin xodgedənlərini topladı, nətər təpindisə, bütün Sumqayıt camaatı onu illərdir gözlədikləri "ağatlı oğlan" kimi gördülər. Hətta bir ara nağıllar, rəvayətlər də uydururdular ki, Eldar müəllim təğyiri-libas olub camaatın arasına qarışır ki, onların dərdlərini öyrənib həll eləsin. Bir müddət bu cür nağıllarla bağımışı qatdıq. Bir də ayıldıq ki, şəhərimiz dönüb əməli-başlı kimyəvi məhsullar məkanına. Düzdür, Sumqayıt kimyaçılar şəhəri idi, ancaq Eldar müəllimin "alkaponlaşdırma siyasəti"ndən sonra tamamilə kimyalı şəhər oldu. Deyilənə görə, Eldar Əzizovun alkapon zavodu var və buna görə də Sumqayıta gəldiyi qısa müddətdən sonra xüsusi sərəncamla hər yeri öz istehsalı olan alkaponla üzlətdirdi. Bu söhbət artıq çoxdan bağlanıb. Sadəcə, ona görə xatırlatdım ki, Eldar müəllimin bəxti onda gətirdi ki, son dövrlər baş verən yanğın hadisələri onun bu «siyasi kursu»na xətər yetirmədi. Bir qədər sonra gözlənilmədən yağan qar nəticəsində Sumqayıtın bir həftəlik iflic olması da, Eldar müəllimin karyerasına kölgə salmadı. Məncə, bunun özü böyük bir istedaddır. Xətadan, bəladan rahatca sivişib çıxmaq hər igidin işi deyil. Eldar müəllim yetənəksiz adam deyil. Elə bir icra başçısı yoxdur ki, onun adının internetdə axtarışa verəsən, ilk çıxan məlumat pozitiv olsun. Ya filan yeyinti, ya filan mənimsəmə, nə bilim, bu sayaq şeylər. Amma Eldar Əzizov bu məsələdə hamından fərqlənir. Onu başqa başçılardan fərqli qılan bir şey var. O da Eldar müəllimin kulinariyaya olan özəl yanaşmasıdır. Cənab başçı hələ Sumqayıta gəlməmişdən əvvəl Gəncədə nəsə bişirtdirmək və bununla da ölkəyə səs salmağı bacarmışdı. Ən müsbət məqamlardan biri isə odur ki, Eldar müəllim yerində saymır, hər dəfə yenilik edir, bir addım önə çıxır. Bir il 45 metrlik tort bişirtdirirsə, gələn il mütləq rekordu qırıb daha uzun tort bişirtdirməlidir. Bir Sumqayıt sakini olaraq, şəxsən şahidi olmuşam. Elə son üç ildə bişirilən tortun, paxlavanın, kabab manqalarının uzunluğunun ildən-ilə artması inkişaf və irəliyə getmə siyasətinin bariz nümunəsidir. Çox mədh eləmək istəmirəm, çünki əlimin bəndini bilirəm. Bir az da dərinə getsəm, zibili çıxacaq, Nəyimə lazımdır, sonra da çək-çevirə düşək. Hazırda müqəddəs Ramazan ayını yaşayırıq. Özüm oruc tutub namaz qılmasam da, xeyli sayda dostlarım, yaxınlarım Allahın buyurduğu vacib əməli yerinə yetirirlər. Azdan-çoxdan Ramzan ayında oruc tutanlara iftar verməyin savab iş olduğu barədə məlumatım var. Məncə, kulinariya sahəsində novator olan cənab başçı bu müqədəs ayda da adını tarixə yaza bilər. Məsəl üçün şəhərdə ehtiyacı olan, kasıblara iftar süfrəsi aça bilər... Hörmətli Eldar müəllim, məncə, Sumqayıtda ən uzun iftar süfrəsi açdırmaqla, bəlkə də dünyada rekord qırmaq olar. Bu sadəcə olaraq, bir təklifdir. Gerçəkləşdirmək öz işinizdir…
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Lerikdə 21 yaşlı gənci ildırım vurub
Bugün, 00:46 CƏMİYYƏT
-
Ermənistana yollanan Baş nazirin təyyarəsində havada problem yarandı – Ankaraya təcili eniş oldu
Bugün, 00:38 GÜNDƏM
-
“Mançester Yunayted” Çempionlar Liqasına vəsiqəni təmin etdi
Bugün, 00:36 İDMAN
-
Super Liqa: kritik matç heç-heçə ilə başa çatdı
Bugün, 00:24 İDMAN
-
Podolski 40 yaşında futbolla vidalaşdı – Komandası 54 sonra kubok qazandı
Bugün, 00:18 İDMAN
-
Türkiyədə sərnişin avtobusu dərəyə yuvarlandı: 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb (FOTOLAR)
Bugün, 00:17 KRİMİNAL
-
Milli Onkoloji Mərkəzinin mühafizəsi və ya 1 milyonluq tenderin iziylə... – ARAŞDIRMA
Bugün, 00:05 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Aleks Ferqyusonun səhhəti pisləşdi – Məşhur məşqçi xəstəxanaya yerləşdirildi
Bugün, 00:01 İDMAN
-
İTV-nin direktoru necə seçilməlidir? - Taleh Şahsuvarlının rəyi
03.05.2026, 20:04 PRESS
-
Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib - FOTOLAR
03.05.2026, 19:43 GÜNDƏM
-
"Bakı Marafonu 2026": mükafatlandırma mərasimi olub (Yenilənib)
03.05.2026, 17:26 İDMAN
-
Diplomat, yoxsa Agentlik sədrinn müavini: eyni adam, fərqli tərcümeyi hal... - Deputat Bəxtiyar Əliyevin oğlu ilə bağlı maraqlı iddia yayıldı (FOTOLAR)
03.05.2026, 17:03 SİYASƏT
-
Prezidentin köməkçisi Bulvarda şahmat oynayıb - FOTO
03.05.2026, 16:16 CƏMİYYƏT
-
İki Sahilin Kədəri: Əli Kərim və Qulu Ağsəs
03.05.2026, 13:25 MƏDƏNİYYƏT
-
Bu gün 9 və 11-ci sinif şagirdlər Azərbaycan dili imtahanı verdi (YENİLƏNİB)
03.05.2026, 13:05 GÜNDƏM
-
Toyda dava: 21 və 27 yaşlı qardaşlar bıçaqlandı
03.05.2026, 11:16 KRİMİNAL
-
Azərbaycandan Ermənistana bu gün 8 vaqon gübrə göndərilir
03.05.2026, 10:09 İQTİSADİYYAT
-
“Sabah”ın Akademiyasına seçimlər başladı
02.05.2026, 23:22 İDMAN
-
“Qarabağ” neftçilərə borcunu geri qaytardı - Təxirə salınan oyunun mükafatı 3 xal oldu
02.05.2026, 23:12 İDMAN
-
Ağcabədi ər arvadını baltaladı
02.05.2026, 18:02 KRİMİNAL
-
Azərbaycan üçün əsas prinsip və ya Avropa Parlamentinin "qazanı qaynatmaq" cəhdi... - TƏHLİL
02.05.2026, 16:30 SİYASƏT
-
İt əl çəkdi, motal əl çəkmədi: Avropa Parlamenti və geosiyasi ikili standartlar - TƏHLİL
02.05.2026, 16:22 GÜNDƏM
-
Azərbaycan xüsusi təyinatlıları "EFES - 2026"da: döyüş ssenariləri üzrə təlim + VİDEO
02.05.2026, 16:18 GÜNDƏM
-
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
02.05.2026, 15:59 GÜNDƏM
-
Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib
02.05.2026, 14:59 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
02.05.2026, 12:45 CƏMİYYƏT
-
Bakı - Təl-Əviv uçuşları bərpa olunur
02.05.2026, 11:38 CƏMİYYƏT
-
Ucuz mebel elanı - 40 nəfəri aldadan şəxs tutulub
02.05.2026, 11:17 KRİMİNAL
-
Azərbaycan nefti 119 dollara endi
02.05.2026, 10:46 İQTİSADİYYAT
-
AHİK-in keçmiş sədrinin oğlu Dubaydan yeni mənzllər alıb - SƏNƏD
02.05.2026, 10:42 CƏMİYYƏT
-
Xəzər dənizində zəlzələ olub
02.05.2026, 10:34 GÜNDƏM
-
"Ermənipərəst dairələr kövrək sülh prosesinə zərbə vurmağa, dövlətlərarası münasibətləri korlamağa çalışırlar" - MM-dən bəyanat
02.05.2026, 10:20 SİYASƏT
-
Xarici diplomatlar Şuşaya gedib
02.05.2026, 09:38 GÜNDƏM