Baş redaktor hücumla bağlı MTN-ə müraciət etdi

img

11-07-2015 [12:24]


AzNews.az saytının baş redaktoru Elçin Zahiroğlu sayta edilən hücumlarla bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib.

Mia.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan baş redaktor bildirib ki, dünəndən etibarən sayta edilən total hücumların qarşısını almaq hələ də mümkün olmayıb: "Saytın fəaliyyətini bərpa etməyə çalışsaq da, cəhdlərimiz boşa çıxır. Müxtəlif yerlərdən edilən kiberhücumlarla saytı dağıtmağa cəhd edirlər. Bu, açıq şəkildə, cəmiyyətin gözü önündə törədilən cinayətdir.Məsələ ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət etdik. İnanıram ki, bu da "Facebook” profilimin oğurlanması və digər saytlara olunan hücumlarla bağlı edilən müraciətlər kimi gözardı olunmayacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA