Amaşovdan xəbərdarlıq: "Mövhumatçılıq güclənsə,..."

img

29-06-2015 [13:14]


"BDU-nun jurnalistika fakültəsində təhsil alan tələbələrin xaricdəki nüfuzlu ali məktəblərə təhsil almağa göndərilməsi məqsədəuyğundur”.

Bunu Bakı Dövlət Universitetində "Azərbaycan milli mətbuatı - 140: "Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O bildirib ki, BDU-nun jurnalistika fakültəsində bakalavr səviyyəsində oxuyan tələbələrin təhsillərini davam etdirmək üçün xarici ölkələrdəki aparıcı ali məktəblərə göndərilməsi üçün Dövlət Proqramı da qəbul edilə bilər: "Bu, jurnalistikamızın inkişafı baxımdan vacibdir”.

Mövhumatçılığa qarşı mübarizədə mətbuatı aktiv olmağa çağıran Ə. Amaşov bu istiqamətdə təhlükələrin istisna edilmədiyini söyləyib: "Mövhumatçılıq güclənsə, sabah "Azad Qadın” heykəlinin qarşısında aksiya keçirə bilərlər. O halda mətbuat nə etməlidir, üzərinə hansı missiya düşür? Biz bu məsələlər barədə düşünməliyik”.
(Apa)


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA