25-06-2015 [11:17]
Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Eldar Cəfərov yetkinlik yaşına çatmayan 2003-cü il təvəllüdlü Samir Bağırovu (ad və soyad şərti verilib) zorlayıb.Teleqraf.com xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Eldar Cəfərov azyaşlıya qarşı cinayət hadisəsini 2014-cü ilin avqust-sentyabr aylarında törədib. O, müxtəlif günlərdə Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən işlədiyi ticarət köşkündə cinsi ehtirasını təmin etmək məqsədilə 22 yanvar 2003-cü il tarixdə anadan olmuş Samir Bağırovu zorlayıb.
Zorlanan azyaşlıya hədə-qorxu
O, Samir Bağırovun köməıksiz vəziyyətindən istifadə edərək, onunla həmin aylar ərzində bir neçə dəfə cinsi əlaqədə olub. Eldar Cəfərov azyaşlı ilə ilk dəfə avqustun birinci on günlüyündə cinsi əlaqədə olub. O, yetkinlik yaşına çatmayan Samir Bağırovun hadisə ilə bağlı ailə üzvlərinə məlumat verməməsi barədə ona hədə-qorxu da gəlib.
Samir Bağırova hədə-qorxu gələn Eldar Cəfərov azyaşlının dodaqlarından öpüb. Sonra onu oral sekslə məşğul olmağa məcbur edib. Daha sonra o, Samir Bağırovla qeyri-təbii yolla cinsi əlaqədə olub.
Növbəti dəfə zorakılıq
Eldar Cəfərov 12 yaşlı oğlanla avqust və sentyabr aylarında 4 dəfə cinsi əlaqədə olub. O, hər dəfə də azyaşlıya qarşı əvvəlcə əxlaqsız hərəkətlər edib və daha sonra da onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. O, hər dəfə azyaşlının ailə üzvlərinə xəbər verməməsi barədə ona hədə-qorxu gəlib.
Eldar Cəfərov növbəti dəfə Samir Bağırovla 2004-cü ilin oktyabrın 2-də cinsi əlaqədə olub. O, həmin gün saat 12-də köşkə ərzaq almağa gələn azyaşlını içəridə saxlayıb və qapını arxadan taxta parçası ilə bağlayıb.
Azyaşlı zorlanmasını valideynlərinə danışdı
Eldar Cəfərov qapını bağlayandan sonra azyaşlıya qarşı növbəti dəfə əxlaqsızlıq hərəkəti edib.
Samir Bağırov köşkdə işləyən kişinin uşaqbazlıq etməsindən bezərək onun hədə-qorxularından qorxmayıb və baş verənləri valideynlərinə danışıb. Samir Bağırovun valideynləri Eldar Cəfərovun hərəkətlərindən Abşeron Rayon Polis Şöbəsinə şikayət edib.
Azyaşlı könüllü cinsi əlaqədə olub?
Onların şikayəti əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Eldar Cəfərov həbs edilib. O, ilkin izahatında Samir Bağırovu zorladığını etiraf edib. Eldar Cəfərov azyaşlının könüllü olaraq onunla cinsi əlaqədə olduğunu deyib. Eldar Cəfərovun barəsində cinayət işi başlanıb.
Eldar Cəfərovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə material baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi kollegiyada araşdırılıb.
"İki dəfə cinsi əlaqədə oldum”
Eldar Cəfərov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, qeyd edib ki, Samir Bağırov tez-tez köşkdən ərzaq almağa gəlib. O, avqustun əvvəllərində Samir Bağırovun yenidən köşkə ərzaq almağa gəldiyini deyib: "Həmin vaxt Samiri qucaqladım və dodaqlarından öpməyə başladım. Samir isə buna etiraz etmədi. Buna görə də onu soyundurdum. (təqsirləndirilən şəxs hadisəni çılpaqlığı ilə danışdığı üçün onun ifadəsini təqdim etmirik). Onunla cinsi əlaqədə oldum”.
Eldar Cəfərov azyaşlı ilə iki dəfə cinsi əlaqədə olduğunu etiraf edib. Daha sonra valideynlərinin iştirakı ilə 12 yaşlı Samir Bağırov ifadə verib. O, qeyd edib ki, köşkdə olarkən Eldar Cəfərov onunla cinsi əlaqədə olub.
"Əli ilə ağzımı tutdu ki, səsim çıxmasın”
Azyaşlı daha sonra qeyd edib ki, Eldar Cəfərov zorla onunla cinsi əlaqədə olandan sonra hədə-qorxu gəlməyə başlayıb: "Eldar mənimlə cinsi əlaqədə olanda ağzımdan tutdu ki, səsim çıxmasın. Məni bu barədə valideynlərimə xəbər verəcəyim barədə öldürəcəyi ilə hədələdi. Buna görə də iki ay valideynlərimə bir söz demədim”.
Azyaşlı bildirib ki, oktyabrın 2-də cinsi əlaqədə olandan sonra valideynlərinə danışmaq qərarına gəlib. O, hadisəni olduğu kimi valideynlərinə danışıb.
14 il 6 ay cəza: ciddi rejim
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar Cəfərov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə kollegiyası belə nəticəyə gəlib ki, Eldar Cəfərov cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin.
Hökmdən narazı qalan Eldar Cəfərov apelyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, birinci instansiya məhkəməsində işinə düzgün baxılmayıb. Eldar Cəfərov barəsində olan cinayət işinə yenidən baxılmasını xahiş edib.
Onun şikayəti baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə Eldar Cəfərov ərizə ilə məhkəməyə müraciət edib. O, ərizəsində apelyasiya şikayətini geri götürdüyünü bildirib və apelyasiya şikayətinin baxışına xitam verilməsini xahiş edib.
Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ərizəsini nəzərdən keçirib, onun müdafiəçisinin, dövlət ittihamçısının və zərərçəkmiş şəxinin qanuni nümayəndəsinin apelyasiya şikayətinin baxılmasına xitam verilməsi barədə fikirlərini dinləyib. Məhkəmə kollegiyası hesab edib ki, iş üzrə başqa apelyasiya şikayəti və apelyasiya protesti olmadığından şikayətinin baxılmasına xitam verilməlidir. Buna görə də Eldar Cəfərovun apelyasiya şikayətinin baxılmasına xitam verilməsi barədə qərar qəbul edilib.
Hacı Zeynalov
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO