Təhsil Nazirliyindən jurnalistlərə müsabiqə

img

23-06-2015 [12:22]


Təhsil Nazirliyi ölkə Prezidentinin 2 iyun 2015-ci il tarixli sərəncamına uyğun olaraq, 22 iyul - Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibətilə təhsil mövzusunda cəmiyyətin məlumatlandırılmasında fəal iştirak edən jurnalistlər arasında "Maarifçi mətbuat” devizi altında müsabiqə keçirir.

Müsabiqənin qaydalarına görə, 01.07.2014 - 01. 07.2015-ci illərdə təhsil mövzusunda qəzetlərdə və jurnallarda, onlayn mediada və bloqlarda dərc olunmuş yazılar (məqalələr, təhlil yazıları), fotoşəkillər, videosüjetlər bu ilin 25 iyun - 10 iyul tarixlərində Təhsil Nazirliyinin Facebook səhifəsində yerləşdiriləcək.

"Səhifəmizin istifadəçiləri tərəfindən ən çox bəyənilən yazıların və süjetlərin müəllifləri müsabiqənin yekununda Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sahəsində təcrübəli əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar”-deyə nazirlik bildirib.

Müsabiqədə iştirak etmək istəyən jurnalistlər və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər öz yazılarının və süjetlərinin linklə[email protected] poçt ünvanına göndərə bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR