AZAL və KİVDF jurnalistlər üçün birgə müsabiqə elan etdi

img

18-06-2015 [19:12]



"Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyəti və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi ilə bağlı fərdi jurnalist yazılarının birgə müsabiqəsini elan edib.

Müsabiqənin məqsədi "Azərbaycan mülki aviasiyasının inkişaf mərhələlərinin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

Müsabiqənin mövzusu "Azərbaycan mülki aviasiyası: keçmişi, bugünü və gələcəyi" adlanır.

Yazıların qəbulu 19 iyun 2015-ci il tarixdən başlayır, 15 iyul 2015-ci il tarixdə başa çatır.

Müsabiqəyə təqdim olunmuş yazılar üçün aşağıdakı mükafatlar ayrılıb:

I yer - 1000 manat, (bir yer);
II yer - 800 manat, (iki yer);
III yer - 600 manat (üç yer).

Bundan əlavə, 10 yazı müəllifinə həvəsləndirici mükafat (200 AZN) veriləcək.

Qaliblər, həmçinin "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR