Rusiyanın Azərbaycan mətbuatı ilə bağlı yeni planı - Pul ayrıldı

img

15-06-2015 [15:37]


Moskva hökuməti xaricdə rusdilli KİV-lərin dəstəklənməsi proqramının yerinə yetirilməsinə 12 milyon rubl ayırıb.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Moskva hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Proqramın məqsəd və vəzifələrinə əsasən maliyyə yardımını Azərbaycan, Bolqarıstan, Almaniya, İtaliya, Qazaxıstan, Kipr, Litva, Moldova, ABŞ və Estoniyadan olan KİV-lər alacaq”- deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, rusdilli KİV-lərin dəstəklənməsi proqramının əsas məqsədi rusdilli məkanının saxlanılması və informasiya məkanının rusdilli seqmentinin inkişafı üçün rusiyalı həmvətənlərin konsolidasiyasına yardım etməkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA