Tağı Əhmədov yeni vəzifəyə gətirilir

Tağı Əhmədov yeni vəzifəyə gətirilir

SİYASƏT

01.04.2015, 08:55

Yeni Azərbaycan Partiyası  Yasamal rayon təşkilatının vəfat etmiş sədrini Metropolitenin sabiq rəisi Tağı Əhmədov əvəz edəcək. 

Mia.az Axar.az-a istinadən bildirilir ki, keçmiş deputat Fikrət İsmayılovun dünyasını dəyişməsindən sonra təşkilat sədrinin vəzifəsini aparat rəhbəri Tağı Əhmədov icra edəcək: "Bakı Metropoliteni”nin keçmiş rəisinin təşkilat sədri olacağı da istisna deyil. 

Qeyd edək ki, 81 yaşlı F.İsmayılov martın 31-i, səhər saatlarında vəfat edib. O, 1935-ci il yanvarın 3-də Naxçıvan şəhərində müəllim ailəsində anadan olub. Birinci çağırış (1995-2000) Milli Məclisin deputatı olub. 1993-cü il fevralın 20-dən YAP Yasamal rayon təşkilatına rəhbərlik edib. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR