06-03-2015 [15:12]
Təxminən bir ay əvvəl Dövlət Yol Polisi üçün yeni müasir patrul avtomobilləri gətirilib. "Elektron patrul” sistemi ilə təchiz olunmuş bu avtomobillərin may ayından küçə və yollarımızda istifadəyə veriləcəyi gözlənilir. Avtosfer.az-ın məlumatına görə, bu patrul avtomobillərinin özəlliyi ondan ibarətdir ki, onlar 360 dərəcədə (yəni dörd tərəfdə) tam müşahidə aparmaq funksiyasına malik videokameralarla və bu videokameraların qeydə aldığı bütün qayda pozuntularının DYP-nin Mərkəzi Məlumat Sisteminə ötürülməsi üçün avadanlıqla təchiz edilib. Bu, o deməkdir ki, həmin patrul avtomobilləri küçə və yollarda hərəkət edərkən qanunvericilikdə nəzərdə tutulan qayda pozuntularını qeydə alaraq real vaxt rejimində DYP-nin Mərkəzi Məlumat Sisteminə ötürəcək, bunun əsasında isə sürücülərin "MMX protokol” kimi tanıdıqları elektron protokollar tərtib olunacaq. Özü də bu zaman patrul avtomobillərində xidmət edən DYP əməkdaşlarının qaydanı pozan sürücünü saxlamasına, yerində uzun-uzadı söhbətlər aparmasına, daha sonra protokol tərtib etməsinə heç bir ehtiyac qalmayacaq. Bu avtomobillərdə quraşdırılan "elektron patrul” hətta istənilən kütləvi qayda pozuntularını da qeydə alaraq sənədləşdirməyə və bunu edən sürücüləri cərimələməyə imkan verəcək.
Sürücülərə bu məlumatı verməkdə məqsədimiz onları bəri başdan xəbərdar etməkdir. Nəzərə alın ki, bu avtomobillər istifadə ediləndən sonra yol polisi saxlayanda "dosta zəng”, "mən filankəsin adamıyam”, "paqon yoldaşıyam” və s. bu kimi məsələlər öz əhəmiyyətini itirəcək. Avtomobil "gördüyü” hər şeyi qeydə alacaq və sürücülərə yalnız elektron protokollar göndəriləcək. Ona görə də intizamı artırmaq lazımdır. Qabaqdakı iki aylıq müddətdən istifadə edərək yol hərəkəti qaydalarını mükəmməl öyrənmək və qaydalar çərçivəsində hərəkətə vərdiş etmək lazımdır. Sürücülərimizin indiki intizamsızlığı şəraitində belə nəzarət sistemi tam işə düşərsə, xeyli sürücü ya cərimələr hesabına müflis olacaq, ya da qısa müddətə 20 və daha çox bal toplayaraq öz vəsiqəsi ilə müvəqqəti də olsa vidalaşacaq. Xatırlatmaq istəyirik ki, son illərin rəsmi statistikası da göstərir ki, DYP nəzarəti gücləndirməkdə israrlıdır və bunu öz əməli fəaliyyətində göstərməkdədir. Məsələn, 2013 ildə DYP təxminən 1,4 milyon qayda pozuntusunu qeydə almışdırsa, 2014-cü ildə bu rəqəm artıq 2,4 milyona yaxın olmuşdur. Özü də diqqət etdikdə aydın olur ki, əsas artım məhz elektron nəzarət qurğularının hesabınadır. Məsələn, 2013-cü illə müqayisədə 2014-cü ildə sürət rejimini pozmanın qeydə alınma sayı 2,4 dəfə artmışdır. Yəqin ki, DYP cəmiyyətimizi sürücü və piyada intizamsızlığından qorumağa yönələn bu faydalı fəaliyyətini 2015-ci ildə daha da artıracaq. Ona görə də hörmətli sürücülərə və piyadalara bircə məsləhət verə bilərik: ÖYRƏNİN VƏ RİAYƏT EDİN.
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər