19-02-2015 [12:58]
"Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dünən 17 yaşlı qız Polis İdarəsinə müraciət edərək zorlandığını bildirib.
Təcavüzə məruz qaldığını iddia edən qız hadisənin ötən ilin may ayında olduğunu deyib. Ələt qəsəbəsi Füzuli küçəsində yaşayan 1997-ci il təvəllüdlü F.M ərizə ilə müraciət edərək bildirib ki, 2014-cü ilin may ayında yaşadığı evdə tanıdığı Əlifağa adlı şəxs onu zorlayaraq cinsi əlaqədə olub.
Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsindən "Qafqazinfo”ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, Əlifağa adlı şəxs qızın qardaşının qayınatasıdır.
Araşdırma aparılır.
***
Müstəntiq Elçin Tağıyev "Qafqazinfo”ya açıqlamasında hadisə barədə məlumat verib.
O bildirib ki, 1967-ci il təvəlüdlü Bayramov Əlifağa Həmiş oğlu qızı 16 yaşı olanda 3 dəfə zorlayıb: "2013-cü ilin avqustuda zorlanan qızın qardaşı Əlifağanın qızını alıb. O vaxtdan qohumluq əlaqələri yaranıb və onlar bir-birlərinin evinə gedib gəlməyə başlayıblar. Qız Ələt qəsəbəsində atası ilə birlikdə yaşayıb. Qudaların hər ikisi "malyar” işləyirmiş. Sonradan Əlifağa bir yerdə işə getmək üçün gəlib qudasıgildə qalırmış. 2014-cü ilin mayın 1-də Əlifağa qudasıgilə gəlib, görüb evdə heç kim yoxdur. Qızdan soruşub ki, atan hardadır, o da deyib evdə yoxdur. İçəri keçib qızı danışdırmağa başlayıb. Sonra qəfildən qızı vurub və F.M huşunu itirib. Həmin vaxt qızın 16 yaşı olub. Ondan sonra təxminən 1 saat qızla təbii yolla cinsi əlaqədə olub. Bir saatdan sonra qız özünə gələndə görüb ki, Əlifağa artıq evdən çıxıb gedir. Görüb ki, soyundurulub, üst-başı da qan içindədir. Qız bunu heç kimə deməyib. Üç gün sonra mayın 4-də gecə yenə Əlifağa qudasıgildə qalıb. Səhər qızın atası işə tez gedib. Əlifağaya da deyib ki, ondan sonra gələr. Qızın atası çıxandan sonra Əlifağa qızı yatdığı çarpayısında zorlayıb. Bu dəfə qız özündə olub, müqavimət göstərib. Əlifağa qızı döyərək onunla cinsi əlaqədə olub. Qıza hədə-qorxu gəlib ki, kiməsə desən sənin başını kəsəcəyəm. Ümumi 3 dəfə qızı zorlayıb. Sonuncu dəfə 2014-cü ilin iyunn ayının axırlarında olub. Qızı guya gəlinlərini görmək üçün Salyan rayonun Kürsəngi kəndinə öz evlərinə aparıb. Yolda istiqaməti dəyişib, qıza deyib ki, qısa yolla gedəcəyik. Heç kimin olmadığı bir yerə gələndə maşında qızı yenə zorlayıb. Bundan sonra qız hamilə qalıb. Amma qorxusundan heç kimə deməyib. Üstündən bir neçə ay keçəndən sonra böyük bacısı şübhələnib. Bu ilin fevralın 7-də bacısına hər şeyi danışıb. Fevralın 8-də Hacıqabulda xəstəxanaya gediblər. Həkim deyib ki, 35 həftəlik hamilədir, gələn ayın 15-də doğuş vaxtıdır”.
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirildi
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)