Royanın bu fotolarına daha bir sərt etiraz gəldi - FOTOLAR

img

17-02-2015 [11:36]


Tanınmış teletənqidçi Qulu Məhərrəmli müğənni Röya Ayxan haqda səsləndirdiyi sərt fikirlərə aydınlıq gətirib. 

Telejurnalist "Facebook” səhifəsində Röyanın səsini bəyəndiyini və sözlərinin yalnız sözügedən sənətçiyə aid olmadığını bildirib:

"Bu gün telekanallarda özünü göstərən mənfi tendensiyalardan biri kimi, müğənnilərin və teleaparıcıların ekrandakı bayağı davranışı ilə bağlı verdiyim açıqlamanın rezonans doğurması yaxşıdır, sadəcə, bu açıqlamanın konkret bir müğənniyə, yəni Röyaya və onun iştirak etdiyi verilişə şamil olunmasını istəməzdim. Özlüyündə bu müğənninin səsini və ifa tərzini bəyənirəm, radioda ona məmnuniyyətlə qulaq asıram. ATV-nin "Gündəlik” proqramı isə  populyar əyləncə proqramları hazırlamaq ənənəsi olan bu televiziyanın ən baxımlı verilişlərindəndir, struktuca formalaşıb, yaxşı mövzular tapır, çox vaxt maraqlı qonaqlar dəvət edirlər. Amma mən açıqlamadakı mövzunun miqyasca bir az geniş qavranılmasını istərdim, çünki burada bütövlükdə bizim teleməkanı uçuruma aparan, ictimai əxlaqa ziyan vuran, sözü və ekranı nüfuzdan salan bir tendensiyadan söhbət gedir. 

Artıq 5-6 ildir ki, müğənnilər telekanallarımızın əvəzolunmaz qəhrəmanlarına çevrilib, onların çoxunun səviyyəsizliyi, ekranlardakı danışıqları, düşük və bayağı davranışları, əksəriyyətinin ikrah doğuran şəxsi həyatı və bu həyatın bəh-bəhlə ekranlarda, saytlarda və qəzet səhifələrində təbliğ olunması ciddi narahatlıq doğurur. Məsələ heç də kiminsə qısa ətəklə efirə çıxmasında (hərçənd ki, burada da bir ölçü hissi olmalıdır), yaxud yaxasının açıq qalmasında deyil, məsələ bayağı davranışların arxasındakı niyyətdədir, mənəvi dəyərlərə hücumdadır, yeniyetmələrin dünyagörüşünə mənfi təsirdədir, ictimai-milli problemlərə biganəlikdədir. Nəticə yavaş-yavaş görünür, auditoriyanın çox hissəsi bu müğənnilərin iştirak etdiyi verilişlərə baxır, ölkənin tarixindən və mədəniyyətindən bixəbər olan gənclərin çoxu üzdəki müğənniləri özlərinə ideal seçir, çoxları danışıq və davranışlarında bu müğənniləri yamsılayırlar... Bu hələ başlanğıcdır”.

Qeyd edək ki, müğənni və telekanallar haqqında danışan Q. Məhərrəmli  "Bu cür düşük, səviyyəsiz və bayağı adamların efiri zəbt etməsi böyük biabırçılıqdır. Bəzən müğənnilər və hətta bəzi xanım aparıcılar elə formada ekrana çıxır, elə jestlər edirlər ki, başa düşmürsən, bunlar televiziya studiyasına çəkilişə gəliblər, yoxsa "qırmızı fanarlar" küçəsində vitrinə çıxmağa? " -, deyə sərt reaksiya vermişdi(Qafqazinfo). 




Digər xəbərlər
SON XƏBƏRLƏR