10-02-2015 [21:23]
Bu məlumatı virtualaz.org-a həmin dəstənin əməllərindən zərər görmüş şəxslərn bir qrupu verib.
Məlumatda deyilir ki, yüzlərlə insan "T-Group” Tədris Mərkəzi rəhbərliyinin fırıldaqçılığı ilə üzləşib və dələduzluğun qurbanı olub. Adıçəkilən tədris mərkəzi ali məktəblərə hazırlıq və dil kursları təşkil etdiyini bəyan edib. Tədris mərkəzinin Qazax, Mingəçevir və Bərdə ilə yanaşı daha bir neçə rayonda filialları olub.
"Bir neçə gün əvvəl "T-Group”un Mingəçevir filialının işçiləri etiraz olaraq yerli polis şöbəsinin qarşısına toplaşmışdılar. Onlar mərkəzin rəhbərliyi tərəfindən aldadıldıqlarını, maaşlarını ala bilmədiklərini deyirdilər. Zərərçəkənlər yerli polis şöbəsində olaraq izahat yazmış, mərkəzin Pərvanə, Ülviyyə və Ülkər adlı əməkdaşları tərəfindən aldadıqlarını söyləmişdilər” - deyə şikayətçilər bildirir.

Xəbərdə o da deyilir ki, "T-Group”un Qazax filialında işə götürülən şəxslər də narazıdır. Onlar da maaşlarını ala bilmirlər.
Fırıldaqçı qrupun digər qurbanları isə Bərdə sakinləridir. Belə ki, "T-Group”un rəhbərliyi Bərdədə uşaq bağçası açacaqlarını deyərək xeyli adamı bu təlim-tərbiyə müəssisəsində işə götürüb. İşə qəbul edilən hər kəsdən 1000-1200, əksər hallarda isə 1500 manat "şirinlik” də alınıb. Onlar kağız üstündə işə də götürülüb. Söhbət tərbiyəçi-müəllim adı ilə işə qəbul olunan 60 nəfərədək adamdan gedir. Daha bir qrup insandan isə tezliklə işə qəbul olunacaqları vədi ilə rüşvət alınıb. Burada da konkret rəqəm olub - 1200-1500 manat.
100-dən çox uşaq isə bağçaya qəbul olunub. Onların aylıq təhsilhaqqı isə 150 manat müəyyən edilib və bu pullar da alınıb.
Məlumatda deyilir ki, fırıldaqçı dəstə Bərdədə də eyni ssenari üzrə hərəkət edib. "T-Group”un bu rayondakı əməliyyatlarını Pərvanə, Ülkər və Ülviyyə adlı qadınlar həyata keçirib. Qazax və Mingəçevirdə isə bu əməllərlə əsasən Pərvanə və Ülkər adlı xanımlar məşğul olub.
Bərdədə "Acsess bank”ın filialında Ülkər Sanılı adlı şəxsin, yəni bu üç qadından birinin adına hesab açılıb. Bağçaya tərbiyəçi-müəllim və mühafizəçi kimi işə düzəlmək istəyənlər onlardan "şirinlik” kimi tələb olunan pulları bu hesaba yatırıblar. Bağçaya gətirilən uşaqların valideynləri də aylıq 150 manat ödənişlərini bu hesaba keçiriblər. Fırıldaqçı qrup bununla da işlərinin rəsmi olduğunu göstərməyə çalışıb.
Uşaq bağçası oktyabrın 12-dən fəaliyyətə başlayıb. Uşaqlar ora gedib-gəlib. Onların valideynləri növbəti ayın pulunu da ödəyib. Zahirən hər şey qaydasında olub. Təkcə bir məsələdən başqa. Belə ki, iki ay keçməsinə baxmayaraq tərbiyəçi-müəllimlər onlara vəd olunan maaşlarını ala bilməyiblər. Onlar məvaciblərini tələb etməyə başlayanda rəhbərlik etirazların qarşısını almağa çalışıb. Dekabrın 21-də işçilərin bir aylıq maaşlarının bir hissəsi ödənilib. Sonradan isə adıçəkilən hər üç qadın, yəni Pərvanə, Ülkər və Ülviyyə qeybə çəkiliblər. Onların tərbiyəçi-müəllimlərə və valideynlərə bəlli olan nömrələrinə zəng çatmır. Bu qadınların rayondan qaçdığı artıq təsdiqlənib.
Zərərçəkənlərə o da məlum olub ki, Pərvanə-Ülkər-Ülviyyə üçlüyü tərbiyəçi-müəllimlərin və texniki işçilərin maaşını verməməklə yanaşı xeyli sayda adamdan işə düzəldəcəkləri adı ilə də pul alaraq gizlənib. Bundan əlavə, onlar 100-dən çox uşağın valideynindən növbəti - dekabr ayının aylıq 150 manat təhsilhaqqını da qabaqcadan alıblar. Beləliklə, söhbət yüz minlərlə manatdan gedir.

Aldadıqlarını görən Bərdə sakinləri dünən uşaq bağçasının qarşısına toplaşıblar. Amma təxminən 100-ə yaxın narazı sakinin bu etirazının qarşısı alınıb.
Aksiyaya qatılanların bir qrupunun virtualaz.org saytına verdiyi məlumata görə, polis aksiyaya müdaxilə edib. Onlara Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) gedərək izahat vermələri məsləhət görülüb. Zərərçəkənlərdən bəziləri polis şöbəsinə gedərək şikayət ərizəsi yazıblar.
Bərdə RPŞ-dən sakinlərə deyilib ki, onları aldadan Pərvanə Tağıyeva bir dəfə də məhkumluq həyatı yaşayıb. O, əvvəllər də dələduzluqla məşğul olurmuş. Sonradan şərti cəza ilə həbsdən buraxılıb. Polis şöbəsindən o da deyilib ki, P.Tağıyeva 4-5 aydır axtarışdadır.
P.Tağıyevanın oğlu ilə birlikdə Gürcüstana qaçdığı və hazırda orada olduğu deyilir.
Şikayətçiləri hiddətləndirən daha bir məqam var. Onlar deyir ki, bank hesablarında bütün rekvizitlər olduğu halda bu insanların indiyədək məsuliyyətdən necə yaxa qurtarması çox maraqlı, daha doğrusu, müəmmalıdır: "4-5 aydır ki, Bərdədə bağça açan bu dələduzlar axtarışda olduqları halda niyə saxlanılmayıblar?”
Qeyd edək ki, "T-Group” Tədris Mərkəzinin facebook səhifəsi də fəaliyyətini dayandırıb. Səhifədə sonuncu dəfə dekabrın 3-də keçirilən sınaq imtahanlarının nəticəsi ilə bağlı məlumat yayılıb. Səhifəyə aldadılan xeyli sayda insanın şikayət və sualları da ünvanlanıb.
Mərkəzin tgroupltd.com saytı da fəaliyyətini dayandırıb.
Virtualaz.org saytının müxbiri zərərçəkənlərin verdiyi bu məlumatlara aydınlıq gətirmək üçün "T-Group” Tədris Mərkəzinin Qazax filialı ilə əlaqə saxlayıb.
Oradan bildirildi ki, Pərvanə Tağıyeva və Ülkər Sanılı həqiqətən də bu mərkəzin rəhbər şəxsləridir: "Onlar bizim müdirlərdir. Ülviyyə adlı xanım da rəhbər şəxslərdəndir. Lakin onların heç biri hazırda ofisdə deyil”.
Qazax filialından o da bildirildi ki, hazırda onlar işlərini davam etdirirlər və filialda 100-dən artıq abituriyent ali məktəbə hazırlaşmaqdadır.
Mərkəzdən onu da dedilər ki, Pərvanə Tağıyeva və Ülkər Sanılı Qazax filialında sonuncu dəfə dünən olublar. Qazax filialından müəllimlərin maaşlarının verilməsində problemin olduğunu təsdiqləsələr də bu məsələnin qısa bir zaman ərzində həll ediləcəyini də vurğuladılar.

Mərkəzin Qazax filialından Pərvanə Tağıyevanın əlaqə nömrəsini istədik. Onların verdiyi nömrə P.Tağıyevanın zərərçəkənlərə məlum olan əlaqə nömrəsi ilə eyni idi. P.Taöıyevanın onun ünvanına səslənən ağır ittihamlara münasibətini öyrənmək istədik. Lakin P.Tağıyevanın həmin nömrəsinə zəng çatmadı.
Bərdə Rayon Polis Şöbəsindən bildirilib ki, 52 nəfər Bərdə sakini "T-Group” Tədris Mərkəzinin əməkdaşları tərəfindən aldadıldıqları üçün polis şöbəsinə müraciət edib. Hazırda faktla bağlı araşdırma aparılır.


Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirildi - Vida mərasimi başlayıb (Yenilənib)
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama