Azərbaycanın seksual modelindən polisə şikayət olundu - FOTOLAR

img

08-02-2015 [15:29]


Tolqa Karel keçmiş həyat yoldaşı model Günay Musayevadan məhkəməyə şikayət edib.

ANS PRESS-in məlumatına görə, Türkiyənin tanınmış aktyoru iddia edib ki, o, Günay Musayevanın sürücüsü tərəfindən silahla təhdid edilib. Onun sözlərinə görə, hadisə yanvarın 26-da Günel Musayevanın oğlu ilə birlikdə yaşadığı binanın avtoparkında olub. 

"Mən arvadımı və oğlumu görməyə getmişdim. Günayın telefonu bağlı olduğu üçün mənzillərinə qalxdım. Qapının zəngini basdım, açan olmadı. Yenidən avtoparka düşdüm. Burada iki adam məni təhqir etdi. Sonra biri üstümə silah qaldırdı. Həmin silahlı adam yoldaşımın sürücüsü olub. Bunu yoldaşım etdirib", - deyə o, ifadəsində bildirib. 

Günay Musayeva isə iddiaları rədd edib. O, Tolqa Karelin səhər saat 6-da evə içkili gəldiyini və evi dağıtdığını deyib. "Ondan sonra baş verənlərdən isə xəbərim yoxdur", - deyə Günel əlavə edib.

Müəyyən vaxtlarda Günay Musayevanın sürücüsü kimi işləyən Özkan Berber adlı şəxs isə qeyd edib ki, "Günay xanım Tolqa bəyin evə içkili gəldiyini və hər yeri dağıtdığını dedi". O, bundan sonra Tolqa Karelin yanına getdiyini deyib. "Tolqa Bəy məni təhqir etdi, mən də onu vurdum. Silahım isə yoxdur", - deyə sürücü qeyd edib.

Xatırladaq ki, Günay Musayeva və Tolqa Karel 2011-ci ilin avqustunda evləniblər. Onların 2012-ci ilin may ayında isə Cahangir adlı övladları dünyaya gəlib. Bir neçə dəfə cütlüyün boşanması ilə bağlı söz-söhbətlər yayılsa da, onlar hər dəfə deyilənləri təkzib edib, yenidən birlikdə görüntüləniblər. Lakin bir müddət əvvəl onlar evlərini ayırıblar. Günel Musayeva da artıq bir evdə yaşamadıqlarını təsdiqləyib. 






Digər xəbərlər
SON XƏBƏRLƏR