Oğul anasına sataşdı, belə hala düşdü - Video

img

27-01-2015 [12:11]


Perunun paytaxtı Limada hər 10 qadından yeddisi küçədə gəzərkən kişilərin sataşmasına məruz qalır. 

ANS PRESS-in məlumatına görə, ölkədəki tele kanallardan biri bu mövzunu ələ alaraq kişilərə öz anaları tərəfindən qeyri-adi kamera zarafatı hazırlayıb. 

Oğullarının qadınlara sataşıb-sataşmadığını öyrənmək istəyən iki qadın bu çəkiliş üçün könüllü olub. Başlarına parik keçirən, makyajla üzlərini dəyişdirən və açıq paltarlar geyinən qadınlar küçədə oğullarının dayandığı yerdən keçiblər. Hər iki kişi tanımadıqları analarına söz atıblar və hər şey bundan sonra başlayıb. 

Oğullarını məzəmmət edən analar bəzən hiddətlənərək onları yolun ortasında çantaları ilə döyüblər. Orta yaşlı kişilərin özlərini analarının zərbələrindən qorumağa çalışdığı anlar isə gizli kamera tərəfindən çəkilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?