22-01-2015 [14:29]
1969-ci ildə Bakı şəhərində anadan olan Ağaməmməd Hüseynov oğulluğu Samir Həsənovu öldürüb. Hadisə Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xələfov küçəsində baş verib.
Ötən il iyulun 29-da, saat 21 radələrində onunla həyat yoldaşı Südabə Həsənova və oğulluğu Samir Həsənov arasında mübahisə yaşanıb, onlar Ağaməmmədi təhqir ediblər. Əlbəyaxa mübahisə zamanı atalıq stolun üstündə olan bıçağı götürərək küçəyə çıxıb.
Ağaməmməd həyətin giriş qapısının qarşısında Samirin "Mercedes-Benz C 200” markalı avtomaşınının yük hissəsinə əli ilə vurub və oğulluğunun küçəyə çıxmasına nail olub. Həmin vaxt küçəyə çıxan Samir onu nalayiq sözlərlə təhqir edib.
Bu səbəbdən, Ağaməmməd oğulluğunu öldürmək qərarına gəlib. O, həmin vaxt səs-küyə küçəyə çıxan arvadının gözü qarşısında Samiri bıçaqlayaraq öldürüb.
"Südabə ilə yaxın münasibətim yaranıb”
Publika.az xəbər verir ki, Ağaməmməd Hüseynov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Eynulla Vəliyevin icraatında araşdırılıb.
Ağaməmməd Hüseynov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Südabə Həsənovanı 1987-ci ildən tanıyır: "Qonşuluqda yaşayan Südabə atamın əmisi nəvəsi Maşallah Həsənovun ailəsinə gəlin köçüb. Həmin vaxt mən Binə qəsəbəsində yerləşən peşə məktəbində sürücülük kursunda oxuyurdum. Südabənin 1981-ci ildə Samir, 1986-cı ildə Həsənbala, 1988-ci ildə isə Hüseynbala adlı oğlanları dünyaya gəlib. Təxminən 1996-cı ildə Maşallah keçirdiyi ağır xəstəlikdən dünyasını dəyişib. Bundan sonra, Südabənin ailəsində problemlər yaranıb. O, uşaqlarını dolandıra bilməyib. Bu səbəbdən Südabəyə bir qohum kimi köməklik göstərmişəm. Müxtəlif yerlərdə fərdi əməklə məşğul olaraq, çörəkpulu qazanmışam və həmin pulla Südabəyə köməklik etmişəm. Beləcə, mənim Südabə ilə yaxın münasibəti yaranıb”.
"Məni bəyənməyiblər”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Südabə ilə münasibətinə ailəsi razı olmayıb: "Bu səbəbdən ailəmlə münasibətlərim pozulub. Hazırda bacım və qardaşlarımla münasibətim yoxdur. Təxminən 1997-ci ildən qeyri-rəsmi olaraq Südabə ilə bir yerdə yaşamışam. Həmin dövrdən indiyədək uşaqların tərbiyəsi ilə məşğul olmuşam, onları dolandırmışam. Lakin uşaqlar böyüyəndən sonra ailədə narazılıqlar yaranıb, bir sözlə, artıq məni bəyənməyiblər. Bu səbəbdən, tez-tez söz-söhbətlərimiz olub. 2003-cü ildə Samir öz xalası qızı Samirə ilə ailə həyatı qurub və birgə nikahdan Qadir və Qalib adlı övladları olub. Hüseynbala isə təxminən 2008-ci ildə Məlahət adlı xanımla ailə həyatı qurub. Samir və Hüseynbala öz ailələri ilə birlikdə bizimlə bir evdə yaşayıblar”.
"Qazandığım pula spirtli içki alaraq içmişəm”
Ağaməmməd Hüseynov bildirib ki, 2014-cü ildə Həsənbala Xədicə adlı xanımla ailə həyatı qurub və sonuncu evin həyətində 4 otaqlı kiçik yaşayış sahəsi tikib: "Samir avtomaşınları rəngləməklə, Hüseybala satıcılıqla, Həsənbala isə ocaqçılıqla məşğul olaraq ailələrini dolandırıblar. Təxminən 2006-cı ildən səhhətimlə əlaqədar işləməmişəm. Yalnız bəzən fərdi işlər görərək pul qazanmışam. Qazandığım pula spirtli içki alaraq içmişəm. Bu səbəbdən, ailədə söz-söhbət yaranıb. Daha çox Samirlə mübahisəm düşüb”.
"Gün ərzində spirtli içki qəbul etmişəm”
O, daha sonra ifadəsində göstərib ki, 29 iyul 2014-cü il tarixdə təxminən saat 11 radələrində yuxudan oyanıb: "Həmin gün orucluq bayramı olduğundan, Samir işə getməyib və təxminən saat 10 radələrində yuxudan oyanıb. Həmin gün Samir, Həsənbala, Südabə və nəvələri Qadir və Qalib məzarlığı ziyarət etmək üçün saat təxminən 10: 30 radələrində evdən çıxıblar. Yuxudan oyananda onları görməmişəm. Məzarlığı ziyarət edərək evə qayıdandan təxminən 20 dəqiqə sonra Samir, Samirə və Xədicə uşaqları ilə birlikdə yaxınlıqda yerləşən Əliayağı adlanan ziyarətgaha gediblər. Onlar bir qədər ziyarətgahda olandan sonra geri qayıdıblar. Mənsə yuxudan oyanandan 2 saat sonra spirtli içki qəbul etməyə başladım. Gün ərzində daim spirtli içki qəbul etmişəm”.
Südabəni təhqir etdim
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün həyat yoldaşı ilə mübahisələri düşüb: "Eyvanda olan torların uşaqların hərəkətinə mane olması ilə bağlı Südabəyə iradımı bildirmişəm. Lakin o, iradımdan nəticə çıxarmayıb. Bu səbəbdən, əsəbiləşmişəm və Südabə ilə aramızda mübahisə yaranıb. Həmin vaxtı dəmir materialdan olan torları çıxarmağa başladım. Südabə ilə mübahisə edərək, onu təhqir etdim. Hətta bu zaman stolda olan araq şüşəsini Südabənin başına vurmaq istədim. Bu zaman Samirə həyətə çıxaraq üstümə qışqırdı. Samirə onları bezdirdiyimi və içəndən sonra özümü idarə edə bilmədiyimi dedi. Ümumiyyətlə, həmişə Samirə ilə evin gəlini kimi deyil, evdə evin qızı kimi rəftar etmişəm. O, hər işə qarışıb, dəfələrlə mənimlə mübahisə edib”.
"Evi tərk etməyimi istədi”
Onun sözlərinə görə, bir qədər sonra yenidən Samirə ilə mübahisə edib: "Həmin vaxt əsəbi olduğumdan, gəlinim Samirəni təhqir edərək, ona "fahişə” demişəm. Təxminən 20 dəqiqə sonra Samir evə gəlib, məndən niyə spirtli içki qəbul etdiyimi soruşdu. Samirə əcəb etdiyimi və işimə qarışmamasını tələb etdim. Bu vaxt Samir evi tərk etməyimi istədi. Samirə yenidən kim olduğunu bildirdim və ayağa qalxaraq dirsəyimlə onun qarın nahiyyəsindən vurdum. Evdə olan şəxslər bizi ayırmağa çalışdılar. Həmin vaxt evin həyətində olan Südabə də səs-küyə gəldi. Bu vaxt Xuraman huşunu itirdi və yerə yıxıldı. Bu zaman həyətə çıxdım. Samirin ailə üzvlərinin yanında məni evdən qovması mənə çox pis təsir etmişdi. Stolun üstündə olan bıçağını götürdüm. Bıçağı götürməkdə məqsədim Samiri öz ardımca həyətə çıxararaq, onu cəzalandırmaq olub. Həmin vaxt Samirin avtomaşınını evin giriş qapısının qarşısında idi. Samirin maşınının arxa hissəsinə əlimlə vurdum. Səsə Samir çıxdı və üzərimə yürüdü. Samir məni söyməyə başladı. Bıçaqla Samiri vurdum. Sonra dəniz kənarına getdim. Oğulluğumu vurduğum qanlı bıçağı dənizə atdım”.
Məhkəmənin hökmü ilə Ağaməmməd Hüseynov 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ağaməmməd Hüseynov apelyasiya şikayəti verib. Onun şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Yaxın günlərdə Ağaməmməd Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayacaq.
Hacı Zeynalov
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirildi - Vida mərasimi başlayıb (Yenilənib)
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama