Məşhur şoumen polisə meydan oxudu, maşınını apardılar

img

16-01-2015 [19:44]


Dünən məşhur teleaparıcı Kamran Həsənlinin idarə etdiyi avtomobil Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayın komandir müavini tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb. 

Mia.az aznews.az-a istinadən xəbər verir ki, bu məlumatı Kamran Həsənli təsdiq edib və bildirib ki, avtomobilini cərimə ödəmədiyinə görə saxlayıblar. 

"Radara düşdükdən sonra pulunu vaxtında ödəməmişəm. Onsuz da mənim maşınımı həmişə saxlayırlar. Təbii ki, yol hərəkət qaydalarını pozanda polis saxlamalıdır. Etiraf edirəm, iki gündən bir qaydaları pozuram, saxlayırlar, cərimə eləmək lazımdırsa, edirlər, vəssalam”, - məşhur şoumen vurğulayıb.

Qeyd edək ki, K.Həsənli "Mitsubishi” markalı avtomobil idarə idarə edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR