Rəmişi kim öldürmək istəyir? - Həyat yoldaşı danışdı

img

12-01-2015 [13:51]


"Rəmişi öldürmək istəyirlərsə, gülləni vurum öldürüm, canları da qurtarsın. O Xalq artisti adını alandan bəri paxıllıqdan bəziləri bilmirlər ki, nə etsinlər? Bu kişi Xalq artisti adına həqiqətən də layiqdir”.

Bunu AzVision.az-a açıqlamasında tanınmış gitara ifaçısı, Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülü xanım deyib.

Xalq artistinin həyat oldaşı Rəmişin Rusiyadakı toyların birində erməni dilində mahnı oxuması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib. 

O, qeyd edib ki, millət vəkili Aqil Abbas da Rəmişə dəstək olub və onun erməni dilində mahnı ifa etmədiyini söyləyib: 

"İmkan versinlər, bu xəstəni müalicə edək. Rəmiş müəllim erməni dilində mahnı oxumayıb. Həmin məclisidə 50-60 nəfər telefonla video çəkirdi. Həmin videonu montoj ediblər. Deputatlardan Aqil Abbas da orada idi. Hamı bu məsələni görüb. Yenidən niyə yaranı qaşıyıb-qanadırlar? Rəmiş müəllimin 71 yaşı var. Onu ifarkt eləyib öldürmək istəyirlər. Nə istəyirlər Rəmiş müəllimdən? Rəmiş müəllim Xalq artisi adını aldıqdan sonra barəsində yüz söz deyirlər. Aqil Abbas efirə çıxdı dedi ki, nə istəyirsiniz Rəmiş Müəllimdən? O, dedi ki, Rəmiş erməni dilində mahnı oxumayıb, məcburən onun boyununa qoymaq istəyirsiniz? Videonun əvvəlində isə həvəskar çəkiliş yazılıb. İndi hərənin əlində bir telefon var. Kim nə istəyir onu da çəkir və montaj edir”.

Daha sonra Xalq artistinin həyat yoldaşı qeyd edib ki, Rəmişin səhhətində müəyyən problemlər yaranıb:

"Rəmiş müəllim xəstə adamdır. Onun nəfəs yollarında problem var. Onu dərmanlarla saxlayırıq. Bu kişi Xalq artisti adına həqiqətən də layiqdir. O, ilk dəfə gitaranı Azərbaycan dilində dilləndirən şəxsdir. İlk dəfə muğamı da gitarada Rəmiş müəllim ifa edib. Rəmiş müəllim pul verib və ya daydayla Xalq artisti adını almayıb. Bu ad ona halal verilib. Hələ Rəmiş müəllimə 20 il öncə 40 yaşı olan zaman bu adı verməli idilər”.

Sonda isə Gülü xanım dövlət başçısına təşəkkür edib:

"Allah prezdentimizə can-sağlığı versin. Allah onu bizim üstümüzdən əskik eləməsin. Gec də olsa Rəmişin sınıq könlünü aldılar. Prezidentimizə ömrüm qurban olsun. Prezidentimiz və Mehriban xanımı Allah həmişə sevindirsin. Onlar Rəmiş müəllimin arzusunu gözündə qoymadılar”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR