Aygün Kazımova xəstəxanalıq oldu – VİDEO

img

12-01-2015 [13:03]


Xalq artisti Aygün Kazımova İstanbulda olarkən səhhətində problemlər yaranıb.
Müğənni bunu "Onlar”a açıqlamasında etiraf edib: "Hələ siz məni başqa cür görəcəksiniz. Təkcə saçımı gördünüz. Bu saç düzümünə "həyasız” deyirəm. İstanbulda yenidən dəyişiklik ediləcək. Bu pəhrizlərdən çox xəstələndim, zəifləmişdim. O həddə çatdım ki, mənə qan vurdular. Yemək verirdilər, istəmirdim. Az qala, anoreksiya olacaqdım. Birdən-birə arıqlamağa, halsızlaşmağa başladım. Sistem vasitəsilə məni yedizdirirdilər. Həkimə deyirəm ki, birdən mən kökəlsəm?.. Cavab verirdi ki, səndə piy yoxdur, sümüksən. O sözü eşidəndən sonra xoşbəxt oldum. Özümə gəldim, güc topladım. Bir onu söyləyim ki, mən səhnədə öləcəm. Narkozla, əməliyyat otağında ölmərəm. Sənətlə mənim kimi nəfəs alan ikinci bir insanı tanısam, onu öldürərəm. Üç qurban kəsdim: birini İstanbulda, ikisini vətənimdə”.
Yeniliklərindən danışan A.Kazımova albom çıxaracaq: "Arama məni” mahnısı bitməyib. O bəstə ikinci plana keçdi. Çıxış mahnım "Səni belə sevmədilər” olacaq. Çox qəşəng bəstədir. Məni sevənlərim kimi sevən olmadı. Əslində yanvarın ilk həftəsində albomum çıxacaqdı, xəstəliyim imkan vermədi. Bir az da özümə gəlib klip çəkdirəcəm”. (axsam.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR