01-01-2015 [14:02]
- 2014-cü il sizin üçün nə ilə yadda qaldı?
- Karyeramda elə də parlaq dövr olmadı. "İnter”lə mövsümə pis başlasaq da, 2014-cü ilin mayında ikinci pilləni tutduq. Hansı ki, çempionatın əvvəlində cəmi 3 xalımız var idi. Fikirləşirdik ki, hər şey əldən getdi. Amma sonda məqsədimizə çatdıq. Yayda isə komandamı dəyişdim, "Qəbələ”yə keçdim. Bu klubun şəraitini görən hər bir futbolçu burda oynamaq istəyir. Gizlətmirəm, "Qəbələ”nin şərəfini qoruduğuma görə, xoşbəxtəm. Rəhbərlik də futbolçuların qayğısına qalır. Ancaq arxada qalan ildə çox zədələndim. Martda belimdən zədə aldım, bir müddət kənarda qaldım. "Qəbələ”yə keçdikdən sonra da zədədən qaça bilmədim. Bilmirəm, bəlkə də pis gözlər imkan vermədi. "Şiroki Briyek”lə matçdan əvvəl zədələndim və oynaya bilmədim. Sonra 7 - 8 turda komandama kömək eləsəm də, sonra yenə analoji səbəbdən kənarda qaldım. Futbolçu karyeramda 2014-cü il xoşagəlməyən il oldu. Psixoloji zərbələr aldım. Daim oynayan futbolçu üçün kənarda qalmaq heç də yaxşı hal deyil.
- Bu sual ünvanlanan zaman əksəriyyət yalnız iş həyatı barədə danışır. Bəs şəxsi həyatınızda hansı yeniliklər oldu?
- Hələlik subaylığın daşını atmamışam. Düzdür, 29 yaşım var və evlənmək zamanıdı. Bu haqda düşünürəm. Ortada ciddi bir şey yoxdu.
- Ciddi nəticənin olmaması nə ilə bağlıdı: seçim edə bilmirsiniz, yoxsa axtardığınızı tapmamısınız?
- Axtardığım qızı tapmışam, sadəcə, yola gətirə bilmirəm. Hələ naz eləyir. Əslində, bu yaxşı əlamətdi. Onun naz eləməsi xoşuma gəlir. Əgər ciddi münasibətdən söhbət gedirsə, bu cür addımı dəstəkləyirəm. Pozitiv enerji alıram. Yoxsa yaxınlaşan kimi desin ki, hə ay Ruslan, mən də səni sevirəm. Belə münasibət mənə lazım deyil.
- Şaxta babadan nə istədiniz?
- Bütün dostlarıma, qohumlarıma, tanışlarıma can sağlığı istədim. Bəzən elə olur ki, milyonların olsa belə, tutulduğun xəstəlikdən qurtula bilmirsən. Pulun nə qədər çox olsa da, canın sağlam olmadı, heç nə. Canın sağ, ağlın başında olandan sonra bir tikə çörəyi hər yerdən qazanmaq mümkündü. Şaxta baba bir simvoldu. Təbii ki, biz arzularımızı Allahın çin etməsini istəyirik.
- Şaxta baba olmaq təklifi alsaydınız, kimin Qar qız olmasını istərdiniz?
- Aygün Kazımovanı seçərdim. Onu pərəstişkarıyam. Həm müğənni, həm də qadın kimi xoşuma gəlir. 20 il əvvəl necə görmüşəmsə, indi də həminki kimidi. Özünə yaxşı baxır.
- Onunla heç ünsiyyətdə olmusunuzmu?
- Xeyr.
- Son vaxtlarda şou və idman aləmi bir-birinə çox yaxınlaşıb. Bəlkə təklif göndərəsiniz ki, kliplərinin birində sizə rol versin?
- Bu, düzgün çıxmaz. Təklif etsə, razılaşaram. Həm də onun klipində oxuyası deyiləm, amma Namiq Qaraçuxurlunun əvəzinə meyxana deyə bilərəm.
- 2014-cü il at ili idi. At tarixən igidlik simvolu hesab edilib. Yeni il isə qoyun üzərində təhvil oldu. Qoyun sabitliyin, bərəkətin simvolu hesab edilsə də, cəmiyyətdə adətən "mağmın”, qabiliyyətsiz adamları da ona bənzədirlər...
- Ucqar kəndlərin birində bir ailə yaşayırdı. Ətrafda heç kim yox idi. Ailə maldarlıqla məşğul idi. Demək olar, insan üzü görmürdülər. Bir gün ailənin başçısı qoçla şahmat oynayır. Bu vaxt yoldaşı gəlib ərindən hesabı soruşur. Kişi də gülə-gülə, fəxrlə deyir ki, arvad nə deyim, bu qoyundu qoyun, 5:1 uduram. Sən demə, qoyun bunu bir dəfə udubmuş (gülür).
- Bəs qoyun ilindən nə gözləyirsiniz?
- At hörmətli heyvan sayılır. Qoyun isə "maymaq” adamlara deyirlər. Amma hər ilin öz xüsusiyyətləri var. İndidən deyirlər ki, qoyun ili bizə düşməyəcək. Bunu əvvəlcədən necə bilmək olar? Qoyun ilində bütün arzuların çin olmasını diləyirəm. İçində də özüm olmaqla.
"AAYDA SƏDRİİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ - FOTOLAR
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Laçında əkinə yararlı torpaqlar icarəyə verilir
Azərbaycan nefti 12.69 dollar ucuzlaşdı - Neftimiz 90 dollara düşdü
Trampın xüsusi nümayəndəsi İrana hücumun əsl səbəbini açıqladı: "İsrail tək bir bomba ilə məhv edilə biləcək bir ölkədir"
Türkiyədə yenə zəlzələ oldu - 4 bal gücündə
Gəncədə əməliyyat: 33 yaşlı Ədil Ədilov 27 kq heroinla tutuldu
Azərbaycandan Ermənistana daha 11 vaqonluq yük yola salınıb
İran ordusu 3 saat ərzində ABŞ-İsrail bazalarına ağır zərbələr endirdi: "İki tonluq raketlərdən də istifadə olunub"
İsveçrədə avtobusda dəhşətli intihar - 6 nəfər yanaraq kül oldu
QARABAĞIN DAHA İKİ BÖLGƏSİNƏ KÖÇ OLDU