Elza Seyidcahan Əhəd Abıyevə cavab verdi

img

24-12-2014 [11:43]


Elza Seyidcahan Əhəd Abıyevin ittihamına cavab verib. Mia.az aznews.az-a istinadən xəbər verir ki, müğənni Azərbaycanı bir çox layihələrdə qarış-qarış gəzdiyini, ancaq heç vaxt Əhəd Abıyevlə qarşılaşmadığını deyib:


"Allah canını sağ eləsin. O, məndən yaşca böyükdür. Nə deyibsə, deyib. Mən xanımam, nalayiq, kobud sözlər işlətmərəm".

Bəstəkar Ə.Abıyevə cavab verməyəcəyini vurğulayıb: "Dedikləri o insanın şəxsi fikridir. Elə insanlar var ki, mənim yaradıcılığım onlara mənfi təsir edir. Bu, təbiidir. Hətta, mən bunu alqışlayıram. Hörmət edirəm ki, o insan hisslərini açıqca deyir. Belə insanlara hörmət edirəm. Xahiş edirəm ki, mənim də fikirlərimə hörmətlə yanaşsınlar”.

Elza Seyidcahan millət vəkili olmaq istəyinə də aydınlıq gətirib: "Niyə də olmasın? Bəlkə gələcəkdə millət vəkili olaram. Bu, hər bir azərbaycanlının arzusudur. Amma bu, mənim ürəyimdən keçməyib. "Millət vəkili olmaq istəyirsinizmi?” sualına cavab verərkən demişəm ki, niyə də olmasın. Mənim çətin sənətim var. Amma buna baxmayaraq, millət vəkili olsam, yenə də sənətimə biganə qalmaram. Çünki məndə o güc, enerji var”.

Qeyd edək ki, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bəstəkar-müğənni açıqlamassnda Elza Seyidcahanı ittiham edib: "Mənim onunla heç bir tanışlığım yoxdur, ola da bilməz. O cür adamlara təsadüfən salam versəm, əlimi gedib paltar sabunu ilə yuyaram”.

Digər xəbərlər
SON XƏBƏRLƏR