İş adamı tanınmış rəssamın əsərlərini girov saxlayır

img

22-12-2014 [13:05]


Azərbaycanın tanınmış rəssamı, tarix üzrə fəlsəfə doktoru Səyyar Əliyev Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib.

Müraciəti ilə bağlı "Reytinq"ə danışan Səyyar Əliyev deyib ki, bir neçə ildir iş adamı Mahir Əliyev tərəfindən təzyiqlərə məruz qalıb: «Mahir Əliyev mənə qarşı ilk kəskin addımı Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən "Şuşa-Qarabağ" adlı sərgim zaman atdı. O, mənə məxsus olan Bakı şəhəri, Puşkin küçəsi 26 ünvanında yerləşən "AK-Sentre"nin 3-cü mərtəbəsində yerləşən "Şərq Qalereyası" zalına girişi mümkünsüz halaa gətirdi. Vətən, torpaq ağrısından bəhs edən bu sərgiyə qarşı bu hərəkətə törədilən maneyə ad verə bilmirəm. Amma Mahir Əliyevin məhz belə bir ərəfədə binada təmir işləri apararaq, Şuşa, Xocalı harayı və digər tarixi faicələrimizdən bəhs edən sərgiyə mane olması, qətiyyən qəbuledilməzdir».
 
S.Əliyevin sözlərinə görə, ona məxsus olan "Şərq Qalereyası"nın yerləşdiyi binanın bir hissəsi iş adamı Mahir Əliyevə məxsusdur və o, bu təzyiqləri etməklə binaya tam sahiblənmək istəyir: "Başıma açılan növbəti müsibət ötən il "20 Yanvar" sərgisini keçirmək istədiyim ərəfədə də oldu. Bu dəfə o, qapıya polis qoyaraq, uzun illər əlimin zəhməti ilə ərsəyə gətirdiyim incəsənət məktəbimə girməyimə qadağa qoydu. Öz tabeliyində olan qoçuların iştirakı ilə bütün əsərlərim dağıdılıb. O vaxtdan bu günə qədər mənə emalatxanama daxil olmağa imkan verilmir. Bu azmış kimi, orada mənim üçün çox dəyərli və qiymətli əsərlərim girov olaraq saxlanılır. Onların taleyindən çox narahatam. Güman ki, artıq milli-mədəni irsimizin təbliğınə aid olan nadir eksponatlarım da məhv edilib. Təəssüflər olsun ki, bununla bağlı etdiyim şikayətlərə hüquq-mühafizə orqanları biganə qalırlar". 

Rəssam daha sonra bildirib ki, məhz bu səbəbdən ölkə prezidenti İlham Əliyevə və Mehriban Əliyevaya müraciət etmək məcburiyyətində qalıb: «Mahir Əliyevin böyük pulları, müəyyən havadarları var. O, məni sıxışdırmaqla, "AK centre"də olan şərikli ticarət obyektimizdən imtina etməyə məcbur etmək istəyir. Ona görə elə qəzetiniz vasitəsiylə də möhtərəm prezidentimizdən əsərlərimin girovluqdan xilas edilməsi və emalatxanamda normal işləməyimə şərait yaradılmasını xahiş edirəm». 


Digər xəbərlər
SON XƏBƏRLƏR