2015 hansı bürclərin həyatını dəyişəcək? - Rusiya mətbuatı

img

15-12-2014 [12:14]


2015-ci ilə az qalıb. Gələn il Keçi üzərində təhvil olacaq. Rusiya mətbuatı bürclərin yeni illə bağlı sevgi qoroskopunu təqdim edib.

Öncə onu qeyd edək ki, 2015-ci ilin sevgi qoroskopu bütün zodiaklar üçün optimizmlə doludur. Gələn il tənha olanlar aktiv olaraq, öz xoşbəxtliyinin axtrarışına çıxacaq. Yeni uğurlu ittifaqlar yaranacaq.

Beləliklə, başlayaq...

Qoçlar  

Qoçlar 2015­-ci ilin ən şanslı bürclərindən biridir. Yeni ildə Qoçların nikaha daxil olmaq şansları daha çoxdur. Onlar öz yarlarından tam əmin olduqdan sonra ailə qurmaq qərarını verəcəklər. Qoçların Keçi ilində qurduqları nikahları isə uzunömürlü olacaq.

Buğalar

Buğalar üçün bu il həyatlarının önəmli ili ola bilər. Ola bilsin ki, Buğalar məhz 2015-ci ildə öz qismətləri ilə rastlaşsınlar. Əsas odur ki, həmin adamın kim olduğunu bilməkdir. Çünki növbəti ildə Buğaların – istər qadın, istərsə də kişi – istəyənləri çox olacaq.

Əkizlər

Sevgililəri olan əkizlər münasibətlərin nə dərəcədə möhkəm olub-olmadığını yoxlamalıdırlar. Qismətdən artığını yemək olmaz. Əgər sevgiliniz sizin qismətinizə yazılıbsa, o, mütləq sizin olacaq. Təbii ki, bütün Əkizlərin sevgilini yoxlama cəhdləri pis məqamlarla müşayiət oluna bilər. İstənilən, halda acı həqiqəti bilmək daha yaxşıdır. Odur ki, vəziyyətə filosof kimi yanaşın. Sizin sınağınızdan üzüağ çıxan sevgili isə əbədi yanınızda qalacaq.

Xərçənglər

Xərçəng bürcü altında doğulanlar nəyi və kimi istədiklərini özüləri müəyyən etməlidirlər. Daha sonra isə istəklərinin axtarışına çıxmalıdrlar.Yox, əgər siz öz yarınızı tapmısınızsa, o zaman onun qədrini bilin. Axı, sevdiyin insanı itirmək daha asandır, nəinki yeni münasibətlərə başlamaq...

Şirlər

Şirləri qarşıda bir çox maneələr gözləyir. Onlar şəxsi cəbhədə uğur qazanmaq üçün ehtiraslar burulğanına qərq olmalıdırlar. Ola bilsin ki, Şirlər romantik görüşlərini məhz uzaq səfərlərdə olanda tapsınlar. Ya da ki, əksinə, uzaq bir ölkədən gələn şəxslə tanış olub, sevib-seviləcəklər.

Qızlar

Ulduzlar Qızlara zamanın sınağından keçən sevgililəri ilə bərabər qalmağı məsləhət görür. Müvəqqəti ayrılıqdan sonra sevgililrin geri dönmək şansı daha çoxdur. Evli Qızlara astroloqlar fürsət düşən kimi səyahətə çıxmağı məsləhət görür.

Tərəzilər

Tərəzilər 2015-ci ildə nikaha daxil ola bilərlər. Bu zodiak altında doğulanların əksəriyyəti evlilər sırasına daxil olacaq. Evlənmək niyyəti olmayan Tərəzilər isə əylənməkdə davam edəcəklər. Hər yeni eşq macərası onların özünəinamı və həyat eşqini daha da artıracaq.

Əqrəblər

Əqrəblər ürəklərinin səsinə qulaq asmalı və ətrafındakı insanlarla müsanibətdə diqqətli olmalıdırlar. Əslində Əqrəbin ətrafında hər zaman heyranları çox olub. Amma onların hamısının hissi, niyyəti təmizdirmi? Bax, Əqrəblərə bunu aydınlaşdırmaq lazımdır.

Oxatanlar

Oxatanlar hər zaman olduğu kimi aktivdirlər. Amma onların yaşadıqları eşq münasibətləri ani və qeyri-ciddi olur. Belə münasibətlər uzun müddət davam edə bilməz. 2015-ci ildə perspektivsiz sevgi romanlarına artıq son qoyulacaq.

Oğlaqlar

Oğlaqlar artıq münasibətlərinin VVAQ idarəsinə müracirət etmək mərhələsindədirlər. Oğlaqların sevgi münasibətləri zamanla sınanıb, odur ki, irəli. Ulduzlar tənha Oğlaqlara bu il qismətləri ilə rastlaşacaqlarını vəd edir.

Dolçalar

Dolçalar özlərinə uyğun olan adamı internet vasitəsi ilə tanış olaraq, yazışaraq tapa bilərlər. Ünsiyyətçil və enerjili Dolçalar hər zaman tanışlıqlara açıqdırlar. Məhz 2015-ci il onlara ürək yoldaşlarını tapmağa kömək edəcək.

Balıqlar

Balıqlar aprel ayında romantik dənizin sahillərinə atılacaqlar. 2015-ci ilin yayında isə bu bürcün təmsilçiləri əks cinsin sevgi və qayğısı ilə əhatə olunacaqlar. Balıqlar üçün Keçi ilində öz yarını tapmaq şansı çox yüksək olacaq.

Gün.Az

Digər xəbərlər
SON XƏBƏRLƏR