Bu gün Azərbaycanın korifey müğənnisinin doğum günüdür

img

14-12-2014 [12:47]


Bu gün Azərbaycan korifey müğənnisi Rəşid Behbudovun doğum günüdür

SSRİ-nin xalq artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstanın xalq artisti, Gürcüstanın əməkdar incəsənət xadimi və digər fəxri adlara sahib olmyş Rəşid Behbudov 1915-ci ildə Tiflisdə, xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. İfaçılığa 1930-cu ildə Tiflisdə başlayan Rəşid Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet teatrının solisti, dövlət konsert ansamblının təşkilatçısı və rəhbəri olub.

1966-cı ildə isə o, musiqi və estrada sənətinin balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Mahnı Teatrını təşkil edib, bu teatrın solisti və bədii rəhbəri olub. Səhnədə olduğu 55 il ərzində Rəşid Behbudov dünyanın 100-dən çox ölkəsinə səfər edib. O, həm də milli kinomuzda bənzərsiz obrazlar yaradıb. 

Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskvada vəfat edib.

Qeyd edək ki, saat 14:00-da ailə üzvüləri, tanınmış sənətçilər və başqa ictimayət nümayəndələri onun Fəxri Xiyabandakı məzarını ziyarət edəcəklər(AzNews.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR