13-12-2014 [22:20]
Baş Dövlət Yol Polisi İdarəsi Göyçay və Ağdaş rayonlarında qaydaları pozan sürücülərlə bağlı reyd keçirib.
Avtosfer.az-ın verdiyi məlumata görə, reydlər zamanı 500-dən çox sürücü barəsində inzibati tədbir görülüb. Həyata keçirilən tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, nəqliyyat vasitələrinin ön, arxa, habelə yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran sürücülər cəzalandırılıb. Bundan başqa, sürücülük hüququ olmadan, alkoqollu içki qəbul edib sükan arxasına keçən xeyli sayda sürücü müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
Reyd zamanı yol polisi əməkdaşlarının göstərişlərinə əməl etməyən, nəqliyyat vasitəsini yüksək sürətlə idarə edib asayiş keşikçilərinə tabe olmaq istəməyən sürücülərə də rast gəlinib. Yoxlanış zamanı bir neçə vəzifəli şəxs də polisin dayanmaq göstərişinə əməl etməyib. Həmin sürücülər saxlanılaraq lazımi tədbirlər görülüb.
Reydlərdə Baş Dövlət Yol Polisi İdarəsinin şöbəsinin müdiri, polkovnik Ərəstun Məcidov da iştirak edib. O, jurnalistlərə açılqlamasında bildirib ki, Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən yol polisi əməkdaşları tərəfindən Ağdaş, Yevlax və Göyçay rayonlarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən tədbirlər zamanı yol nəqliyyat hadisələrinin baş verməsinə biləvasitə səbəb ola biləcək qayda pozuntuları aşkar edilib.
Ərəstun Məcidov qeyd edib ki, iki gün ərzində 3 rayonda keçirilən reydlər zamanı yol polisi əməkdaşlarının qanuni tələbinə qəsdən əməl etməyən və ona müqavimət göstərən 3 nəfər şəxs saxlanılıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsilə materiallar tərtib olunaraq məhkəməyə göndərilib. Həmçinin, reyd zamanı 200-dən çox sürücü təhlükəsizlik kəmərindən istifadə etməməsilə bağlı, 5 sürücü avtoxuliqanlıq etdiyi üçün inzibati məsuliyyətə cəlb olunub. 500-dən çox sürücüyə isə şifahi xəbərdarlıq edilib. Onlarla profilaktik söhbət aparılıb. O, reydlər keçirilən rayonlarda əhalinin bu cür tədbirləri yüksək qiymətləndirdiyini bildirib.
Reydlər zamanı qayda pozan sürücülər tibbi müayinəyə cəlb edilərkən onlardan 6 nəfərin narkotik maddə qəbul edərək sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi müəyyən olunub.
Qeyd edək ki, 2014-cü ilin əvvəlindən bəri ölkədə baş verən 2533 yol-nəqliyyat hadisəsi zamanı 1052 nəfər ölüb, 2590 nəfər xəsarət alıb. Ötən ilin 11 ayı ilə müqayisədə bu il ölkəmizdə yol-nəqliyyat hadisələrinin, eləcə də ölən və yaralıların sayı azalıb. Bu ilin 11 ayı ərzində ölkədə 2429 hadisə qeydə alınıb. Nəticədə 1023 nəfər ölüb, 2453 nəfər xəsarət alıb. 2014-cü ildə baş verən hadisələrin sayı ötən illə müqayisədə 217 ədəd azdır. Bundan əlavə hadisələr zamanı ölənlərin sayı 38 nəfər, yaralıların sayı isə 309 nəfər azdır. Dekabrın ötən 11 günü ərzində isə ölkədə 104 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bu hadisələr zamanı 29 nəfər dünyasını dəyişib, 137 nəfər xəsarət alıb.
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"