"Bundan sonra jurnalistlər üçün tədbirlər keçiriləcək" - Əflatun Amaşov

img

05-12-2014 [12:55]


"Bu il cəbhə bölgəsində baş verən gərginlik zamanı bəzi KİV-nin düzgün mövqe tutmamaları ciddi narahatlıq yaratdı”.

Bbunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Prezident Administrasiyası, Müdafiə Nazirliyi və Mətbuat Şurasının təşkilatçılığı ilə "Azərbaycanın informasiya təhlükəsizliyinin qorunmasında medianın rolu" mövzusunda keçirilən tədbirdə bildirib.

MŞ sədri bildirib ki, bu məsələ ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi müşavirə keçirildi. Sentyabrın 24-də isə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən sərəncam imzalandı və konkret göstərişlər verildi: "Dövlət sirri haqqında” Qanuna dəyişikliklər, eləcə də jurnalsitlərin cəbhə bölgəsində prosesləri işıqlandırmaq üçün Müdafiə Nazirliyində akkreditasiyası, onlar üçün təlimlərin keçirilməsi və s. məsələlər gündəmə gəldi. Mətbuat Şurası da bununla bağlı tövsiyələrlə çıxış edib”.

Ə.Amaşovun sözlərinə görə, KİV-in işi təbliğat və təşviqatdır: "Biz internet resurslarında və sosial şəbəkələrdə Azərbaycanın əleyhinə olan məlumatların işıqlanmaması üçün həmin qruplarla iş aparmalı, birgə işləməliyik. Bugünkü tədbir start tədbiri hesab edilir. Bundan sonra redaksiyalarda jurnalistlər üçün tədbirlər keçiriləcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR