TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"

img

16-02-2026 [17:00]


Xəbər verdiyimiz kimi, bu gün Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru vəzifəsindən azad olunub və onun səlahiyyətləri müavini Anar İsrafilova həvalə edilib.

O, yeni təyinatı ilə bağlı qısa açıqlama verib:

"Hələki yeni təyin olunmuşam.  Yəqin ki, TƏBİB-də kadr dəyişiklikləri və yeniliklər olacaq. Hələki bu barədə nəsə deyə bilmirəm".

Qeyd edək ki, Anar israfilov 2006-2022-ci illər ərzində Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Səhiyyə nazirinin köməkçisi, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri kimi fəaliyyət göstərib. 2022-ci ildən TƏBİB-in icraçı direktorunun müavini vəzifəsində çalışır./Manşet.az

Maraqlıdır, Anar İsrafilov hansı kadrları yarıtmaz sayır? Əgər belə kadrlar olubsa və ya varsa, o, niyə indiyə qədər müavin olaraq susub?

Mia.az-ın bu istiqamətdə araşdırması olacaq.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA