“Qarabağ” Türkiyə superliqasında oynasaydı...

img

02-12-2014 [22:25]


"Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin "Qarabağ” haqda müsbət fikirlər səsləndirib.

Qol.Az saytına açıqlamasında o, Ağdam klubunun Avropa Liqasının qrupunda uğurla çıxış etdiyini xatırladıb, komandanın oyunundan məmnun qaldığını vurğulayıb.

O.Çətin müxbirimizin "Qarabağ”ı Türkiyə superliqasının dörd böyük klubundan ("Qalatasaray”, "Fənərbaxça”, "Beşiktaş” və "Trabzonspor” – red.) biri ilə müqayisə edə bilərsinizmi” sualına cavabında deyib: "Qarabağ”ı bu klublarla ona görə müqayisə edə bilmərəm ki, Türkiyədə "dörd böyük”lərin büdcəsi çoxdur”.

Bununla belə, O.Çətin qeyd edib ki, Ağdam təmsilçisi Türkiyə superliqasında layiqli mübarizə aparmaq gücündə olan komandadır.

"Qarabağ” Türkiyə superliqasında çıxış etsəydi, yüksək yerlər uğrunda oynaya bilərdi” – deyə O.Çətin bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA