Mənsimov “Xəzər Lənkəran“ın mükafatını kəsdi

img

10-12-2014 [13:54]


Xəzər Lənkəran"ın futbolçuları "Qəbələ" üzərində 3:0 hesablı qələbəyə görə mükafat almayacaq.

Piasport.az-ın əldə etdiyi məlumata görə, buna səbəb klubun prezidenti Mais Mənsimovun qərarı olub.

Belə ki, klub rəhbəri komandanın qarşısına şərt qoyub. "Xəzər Lənkəran" turnir cədvəlinin ilk "üçlüy"ündə qərarlaşmasa, futbolçulara mükafat verilməyəcək. Komanda bu qələbədən sonra 18 xalla turnir cəvdəlinin 4-cü pilləsində qərarlaşıb. Bu isə Mais Mənsimov üçün yaxşı bəhanə olub.

Əvvəlki mövsümlərdə "Xəzər Lənkəran" rəhbərliyi komandaya autsayderlərlə oyunlarda belə komandaya mükafat verirdi. Bu mövsüm həmin sistemin ləğv olunsasına heç də komandanı heç də motivasiya etmək və uğur qazanmaq istəyindən irəli gəlmir. Sadəcə hazırda "Xəzər Lənkəran"da maliyyə böhranı hökm sürür və Mais Mənsimov klubun xərclərini azaltmaq qərarına gəlib. Bu səbəbdən də "ilk üçlüy"ü bəhanə edərək futbolçuların mükafatını kəsib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA