"Sent-Etyen"in baş məşqçisindən tərbiyəsizlik

img

28-11-2014 [09:58]


Avropa Liqasının qrup mərhələsinin V turunda keçirilən "Sent-Etyen" - "Qarabağ" matçında xoşagəlməz hadisə yaşanıb.

Qol.Az-ın məlumatına görə, "Sent-Etyen"in baş məşqçisi Kristof Qaltye matçın ikinci hissəsində yerdə qalan "Qarabağ"ın hücumçusu Vüqar Nadirova tüpürüb.

48 yaşlı mütəxəssis hətta texniki zonanı tərk edərək yan xəttin üzərinə qədər gəlib. V.Nadirov da Qaltyenin bu hərəkətinə öz etirazını bildirib.

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan oyunda "Qarabağ"ın yeganə qolunu məhz Vüqar Nadirov vurub. Millimizin üzvü matçın 15-də dəqiqəsində hesabı açıb.  


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA