"Qarabağ"la görüşdə qələbəyə oynayacağıq"

img

26-11-2014 [14:58]


"Nant"la oyundakı nəticəyə görə məyusuq. Çünki ilk hissədə rəqibi təzyiq altında saxladıq, onlardan daha üstün oynadıq. Qol vurmaq üçün yaxşı imkanlarımız olsa da, bundan yararlana bilmədik".

Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Sent-Etyen"in futbolçusu Romain Hamouma deyib.

27 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsinin V turunda sabah qarşılaşacaqları "Qarabağ"la oyun haqda da danışıb. Fransız hücumameyilli yarımmüdafiəçi "Qarabağ"la görüşdə qələbəyə oynayacaqlarını bildirib: 

"Hazırda əsas problemimiz qol vura bilməməyimizdir. Hərçənd yaxşı hücum xəttimiz var. İşimizə davam etməliyik. Sıçrayış baş verəcək. Həftəsonu "Lion"la vacib görüşümüz var. Lakin hazırda Avropa Liqasında qarşılaşacağımız "Qarabağ"la oyun daha önəmlidir. Qrupdan çıxmaq şansımız var. Rəqibə oynamaq imkanı verməməliyik. Həm "Qarabağ"la, həm də "Lion"la görüşlərdə qələbəyə oynayacağıq".

Qeyd edək ki, sabah keçiriləcək "Sent-Etyen" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA