25-11-2014 [16:20]
KarabakhİNFO.com” beynəlxalq elektron jurnalın baş redaktoru Zaur Qəriboğlu ilə müsahibəni təqdim edirik:
- Bu
gün Qarabağ həqiqətlərinin xaricə çıxarılması prosesi qaneedicidirmi?
-Qarabağ mövzusu ictimaiyyət üçün çox da maraqlı
mövzu deyil. Bu istiqamətdə fəaliyyət göstərən elektron media ilə şou saytları
müqayisədə oxucu kütləsi fərqlidir. "KarabakhİNFO.com” elmi saytdır və təbliğat
xarekterlidir. Təbliğat geniş bir kütləni özünə almır.
"KarabakhİNFO” iki ildir ki, fəaliyyət göstərir.
Oxucu sayı ilə qürrələnə bilmərik. Əsas məqsədimiz Qarabağla bağlıdır. Və onu
da deyim ki, biz bu istiqamətdə tək işləmirik. Azərbaycanda Vətəndaş
Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 10 ildir ki, yaranıb və
bu istiqamətdə böyük işlər görüb. Assosiasiyanın xətti ilə bu tip iki sayt
yaradılıb. İlk olaraq "KarabakhİNFO.com”, daha sonra isə "1905.az” fəaliyyətə
başlayıb. "1905.az” saytının yaradılmasında məqsəd türklərə qarşı edilən soyqırımıları
ictimaiyyətin diqqətinə çatdırmaqdır.
2015-ci ildə türklərə qarşı soyqırımın 110 illiyi olacaq.
Assosasiya həmçinin Qarabağ həqiqətlərinin
beynəlxalq arenaya çatdırılması istiqamətində saysız kitablar nəşr etdirib.
Bunlardan biri də AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun
müəllifi olduğu "Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü” kitabıdır. Bu
kitab Amerika, Rusiya və Ukraynada nəşr olunub. AVCİYA-nın digər nəşri
"Azərbaycanın erməni vətəndaşları- təhlükəsizlik təmin olunur” kitabını misal
çəkmək olar. Bu kitab Diaspor Jurnalistlər Birliyinin xətti ilə Hollandiya,
Gürcüstanda, Almaniya, Avstraliya və digər ölkələrdə geniş şəkildə yayılıb.
-Sizcə,
Qarabağ mövzusunda yazan jurnalistlərdən hansı peşakarlıq tələb olunur?
- Azərbaycan torpaqlarının 20 faizi işğal
altındadır. İstər çap və elektron media, istərsə də televiziya bu sahəyə
diqqətlə yanaşmalıdır. Dəfələrlə mətbuat və şəxsi münasibətlər vasitəsilə media
işçilərini əməkdaşlığa dəvət etmişik. Təəssüflər olsun ki, bu sahədə çalışan
juralistlərin sayı az saydadır .
Buna görə də biz Qarabağ, ümumiyyətlə hərbi
mövzusunda yazan jurnalistlər üçün təlim keçirmək istəyirik. Avqust ayında
cəbhə bölgəsində erməni təxribatı baş verəndən sonra xüsusən elektron mediada kim nə istədisə onu
da yazdı. Eləcə də cəbhə bölgəsindəki son hadisələrdə də eyni hal yaşandı. Belə
ki, bəzi elektron media oxucu qazanmaq üçün erməni helikopterini vuran şəxsin
fotolarını yaydılar. Həmin foto ilə o şəxsi təhlükə altına qoyurlar. Belə vəziyyətlərdə mediamız həssas olmalıdır. Prezident
Administrasiyasının rəhbəri Ramiz Mehdiyev KİV rəhbərləri ilə son müşavirəsində
bu kimi hallarda internet resurslarının qanunvericiliyin tələblərinə zidd və
qeyri-peşəkar fəaliyyətindən narahatçılığını bildirib. Bildiyimiz kimi artıq bu
məsələlərin aradan qalxması üçün sentyabrın 24-də Prezident İlham Əliyev
tərəfindən "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan
Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri
haqqında” sərəncam imzalayıb.
Onu da deyim ki, xaricdən maliyyələşən bəzi KİV-lər
var ki, bir növ Azərbaycanın əleyhinə işləyən məlumatlar yayırlar. Həmin media
orqanlarının rəhbərləri bilmir ki, erməni mətbuatı bundan istifadə edir?
Mən düşünürəm ki, regionda Azərbaycan ordusu güclü
ordulardan biridir. Ermənistan ordusundan isə qat-qat güclüdür. Tez-tez cəbhə
bölgəsində olan şəxs kimi deyə bilərəm ki, orduda neqativ hallar yaşanmır. General-polkovnik
Zakir Həsənov müdafiə naziri təyin olunanda orduda müsbət mənada dəyişiklik
hiss olunur. Ordu ilə xalqın
yaxınlaşması baş verib.
-Helikopterin vurulmasına Qərb təşkilatlarının
münasibətini necə qiymətləndirirsiz?
-Qərb təşkilatlarının Qarabağla bağlı fəaliyyətini
normal qarşılamıram. Heç bir təşkilatın Qarabağla probleminin həli üçün hansısa
müsbət addım atacağına inamım yoxdur. Xarici təşkilatlar nə üçün doğmasının
məzarını ziyarətə gedən şəxsləri müdafiə etmir? Onlar niyə görə Ermənistanın danışıqlar prosesini pozmaq məqsədilə Azərbaycanın hava
məkanında növbəti dəfə təxribat törətməyə çalışmasına etiraz etmirlər?
-"KarabakhİNFO.com”
sosial durumu ağır olan uşaqlar üçün hansı layihələr həyata keçirir?
-Biz "KarabakhİNFO.com”un ofisi üçün Qarabağla
bağlı rəsm əsəri almaq istəyirdik. Rəsm əsərləri satılan yerlərdə monitorinq
keçirdik və belə bir nəticəyə gəldik ki, 20 faiz torpağı işğal altında olan
ərazidə bir dənə də olsun Qarabağla bağlı rəsm əsəri tapılmadı. Bundan sonra
belə bir qərara gəldik ki, Duyğu Reabilitasiya İctimai Birliyinin yardımı ilə
fiziki cəhətdən sağlam olmayan uşaqlar Qarabağa aid rəsm əsərləri çəksinlər.
Hansı ki, o uşaqlar ömürlərində heç Qarabağı görməyiblər. Həmin rəsm əsərləri
satışa çıxarılacaq. Kim istəyirsə ala bilər.
-Gənclərin
Qarabağla bağlı düşüncəsi sizi qane edirmi?
-Təəssüf hissilə qeyd edim ki, Azərbaycan
gənclərinin əksəriyyətinin Qarabağla bağlı düşüncəsi sıfır səviyyəsindədir.
Sosial şəbəkələrdə Qarabağla bağlı aparılan təbliğat aşağı səviyyədədir. Bu gün
mətbuatda İP davası gedir. Bizi İP deyil, təbliğat maraqlandırır.
-"KarabakhİNFO.com”
lazımi xarici auditoriya əldə edibmi?
-Az da olsa xarici audotoriya əldə etmişik.
Beynəlxalq arenaya qorxulu, faciəvi hadisələrlə çıxa bilmirik. Çünki bir dəfə
fransız mənə demişdi ki, əgər mətbuatda qanlı xəbər görərəmsə, mən bir daha o
saytı açmaram. Biz beynəlxalq arenaya Azərbaycanın tolerant bir ölkə olduğunu,
Qarabağ mədəniyyəti, Qarabağ mətbəxi haqqında materialları əcnəbi dillərə
tərcümə edib yayırıq.
-"KarabakhİNFO.com”
informasiya müharibəsində nələr edib?
-Əminliklə deyə bilərəm ki, Ermənistan tərəfi
saatbasaat "KarabakhİNFO.com”u izləyir. Onların əleyhinə bizdə nəsə yayımlanan
zaman dərhal onlar bizim "Facebook” və email ünvanlarımıza qeyri-etik sözlər
yazırlar. Biz bunlara fikir vermirik. Ancaq öz işimizlə məşğuluq. Bu yaxınlarda
erməni mətbuatı bizi Azərbaycan dövlətinin propaqandası adlandırmışdı. Erməni
mətbuatında qeyd olunmuşdu ki, guya "KarabakhİNFO.com” Azərbaycan hakimiyyəti
tərəfindən maliyyələşir və yalandan
fəaliyyət göstəririk. Bizim üçün Qarabağ milli məsələdir. Təəssüf
hissilə qeyd edim ki, Azərbaycan müxalifəti və iqtidarı Qarabağ məsələsində bir
araya gələ bilmir. Dəfələrlə şahidi
olmuşam ki, hakimiyyət tərəfi müxalifəti Qarabağ məsələsində birliyə çağırıb.
Amma müxalifət tərəfini yalnız hakimiyyət düşündürür. Milli məsələdə qonşu
Türkiyənin iqtidar və müxalifəti eyni fikirdə olurlar.
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq
Ruben Vardanyanın məhkəməsi: nə vaxt keçiriləcək? - AÇIQLAMA
QARABAĞA BU ƏRAZİLƏRƏ NÖVBƏTİ KÖÇ OLDU
"Elə bіlіrsіnіz kі, böуük mağazalar düz işləyir?" - iPONE telefonlarının saxtası bazara dolub? (FOTO)