Əfsanəvi məşqçi vəfat etdi

img

24-11-2014 [15:41]


Dünyanın ən məşhur xokkey məşqçilərindən olan Viktor Tixonov noyabrın 24-nə keçən gecə Moskvada vəfat edib. 

Qol.Az-ın "Media forum”a istinadən verdiyi məlumata görə, 84 yaşlı Viktor Tixonov uzun müddət idi xəstə yatırdı.

Viktor Tixonov oyunçu kimi SSRİ çempionatlarında 296 matçda 35 şayba vurub, 4 dəfə SSRİ çempionu olub. Onun məşqçiliyi altında SSRİ yığması 3 olimpiya çempionluğu, 8 dünya çempionluğu qazanıb.  

1977-1996-cı illərdə SSKA komandasını çalışdıran Viktor Tixonov 14 dəfə ölkə çempionluğu əldə edib, bir o qədər də Avropa çempionları kubokuna sahib çıxıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA