"Səhvlər danılmazdır, həmişə olur"

img

30-11-2014 [21:24]


"Azarkeşlərimiz üçün maraqlı qarşılaşma keçdi. Səhvlər danılmazdır, həmişə olur. Uşaqlar əllərindən gələni etdilər”.
 
Bu sözləri "Simurq”la oyundan (3:2) sonra "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis rəqib haqda xoş fikirlər səsləndirib: "Simurq” haqqında ancaq xoş sözlər söyləmək istəyirəm. Məncə, onlar bu mövsüm avrokuboklara vəsiqə qazanacaqlar. Bu səfərdən 1 xal da hər bir rəqib üçün qazancıdr. Həm nəticədən, həm də oyundan razı qaldım”.

Qurbanov zədəli futbolçu Reynaldo haqda da danışıb: "Reynaldonu dünən Qəbələdən Bakıya göndərdim. Fransada dediyim kimi, zədəli futbolçularımızın bu il sıraya qayıtması sual altındadır. Hələ bizim üçün səfər bitməyib. Ona görə də hələ boş vaxtımız olmayıb. Hər oyunda balans yaratmağa çalışırıq. Qarşıda kubok və çempionat oyunlarımız var”.

"Qarabağ”ın çalışdırıcısı bəzi futbolçular barədə fikirlərini açıqlayıb: "Standard vəziyyətlərdə səhvlərimiz var. Şəhriyar Əliyevi daim hazırlayırıq. O üzərində çox işləyir. Onun gələcəkdə müdafiənin mərkəzində çıxış etməsi imkanı var. Vüqar Nadirova biz uzaqdan zərbə vurmağı tapşırmırıq. Əksinə onun belə zərbə vurmasını azaltmağını istəyirik. Amma vurduğu 3 zərbədən 1-i qapıya gedibsə, bunun özü müsbət haldır"

Futbolxeber.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA