İcra başçısı azyaşlı şahmatçını qəbul edib

img

23-11-2014 [23:52]


Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev azyaşlı şahmatçını qəbul edib. 

A.Alıyev bir sıra şahmat turnirlərində iştrak edərək uğurlara imza atan, Füzuli şahmat məktəbinin azyaşlı nümayəndəsi Səmra Qasımova ilə görüşüb. İcra başşısı S.Qasımovaya əldə etdiyi uğurlara və Füzuli rayonunu layiqincə təmsil etdiyinə görə təşəkkür edib və ona bu yolda uğurlar arzulayıb. Müsbət perspektivi olan şahçatçı isə bundan sonra daha yüksək pillələrə qalxmaq üçün əlindən gələni edəcəyinə söz verib. Söhbətdən sonra A.Alıyev rayon icra hakimiyyəti adından S.Qasımovaya təşəkürnamə və qiymətli hədiyyə təqdim edib.


Qeyd edək ki, Səmra Qasımova Respublika çempionatının zona yarışında 3-cü yer, respublika 3-cüsü, Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirdə 1-ci yer, Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynelxalq turnirdə 1-ci yer, respublika məktəblilərinin zona yarışında 1-ci yer tutub.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA