AFFA baş məşqçiləri topladı - FOTOLAR

img

24-11-2014 [13:43]


Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvlüyünə namizəd mütəxəssislərin iştirakı ilə iclas keçirilib. 

AFFA-nın rəsmi saytında verilən məlumata görə, baş katib Elxan Məmmədovun rəhbərliyi ilə keçirilən iclasda Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Şahin Diniyev və Böyükağa Hacıyev iştirak ediblər. 

Toplantıda ölkə futbolunun hazırkı vəziyyəti, klub və milli komanda səviyyəsində inkişaf yolları və perspektivləri ətraflı müzakirə olunub, problemlərdən çıxış yolları ilə bağlı təkliflər irəli sürülüb. 

Qeyd olunub ki, analoji müzakirələr mütəmadi olaraq aparılacaq. 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA