"Rekorduma gəlincə bunu gec-tez yeniləcəyimi bilirdim"

img

15-11-2014 [11:22]


"Avro-2016"nın seçmə mərhələsində Ermənistanla görüşdə rekorda imza atan Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo oyunla bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, "Maisfutebol"a danışan Ronaldo qələbənin asan olmadığını bildirib:

"Əsas üç xal qazanmaq idi ki, bunu da bacardıq. Rəqib risk etmədi, sanki öz cərimə meydançalarının yaxınlığında avtobus park etmişdilər. Lakin bu oyunun asan keçməyəcəyi məlum idi. Rekorduma gəlincə bunu gec-tez yeniləcəyimi bilirdim. Avropa çempionatının seçmə mərhələsində bu qədər qol vurduğum üçün şadam".

Qeyd edək ki, Ermənistanla görüşdə komandasına qələbə qazandıran Ronaldo Avropa çempionatının seçmə mərhələsində ən çox qol vuran futbolçu adını qazanıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA