Son dəqiqə qolu "Qalatasaray"ı xilas etdi - qələbə ciddi etiraz doğurdu

img

01-11-2014 [00:35]


Türkiyə superliqasında "Qalatasaray" "Kasımpaşa" qarşısında 0-1 hesabı ilə geriyə düşdüyü oyunda qalib gəlib.

Mia.az xəbər verir ki, ilk qolu "Kasımpaşa"dan 41-ci dəqiqədə Adəm Böyük vurub. İkinci hissənin 53-cü dəqiqəsində isə Burak Yılmaz hesabı bərabərləşdirib. Bu qolun ofsayddan vurulması da ciddi etiraz doğurub. Lakin oyunun baş hakimi Hüseyn Göçək qərarını dəyişməyib - 1:1.

Oyunun əsas vaxtına əlavə edilmiş 1-ci dəqiqədə isə (90+1) Umut Bulud "Qalatasaray"ı 2-1 önə keçirən qola imza atıb. Maraqlıdır ki, bu qolda da Şedjounun topa əllə toxunduğu da kameralara tuş gəlib...

Bu qələbə ilə rəqiblərindən bir oyun (8 oyun) çox keçirən "Qalatasaray" 16 xalla liderlik kürsüsünə oturub.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA